İsveçrə bankı nasistlərin gizli hesablarını gizlətməkdə ittiham olunur
ABŞ Senatının İstintaq Komitəsi "Credit Suisse"ə qarşı ittiham irəli sürüb.
Valyuta.az xəvər verir ki, komitənin məlumatına görə, bank nasist hesabları ilə bağlı mühüm məlumatları gizlədib. Yalnız bu yaxınlarda aşkar edilmiş sənədlər bunu göstərir.
"Credit Suisse"nin nasistlərlə əlaqəsi ABŞ-ın keçmiş prokuroru Nil Barofski tərəfindən araşdırılır. Onun hesabatında deyilir:
"İstintaq həmçinin bir neçə yüz nasist vasitəçisinin hesablarını da üzə çıxarıb. Bu vasitəçilər nasistlərə qızıl gizlətməyə, qeyri-qanuni müharibə materiallarını gizlətməyə, yəhudi əmlakını mənimsəməyə kömək edib və ümumiyyətlə nasistlərin müharibə iqtisadiyyatını dəstəkləyiblər".
Məsələn, bir nasist bankiri və konsentrasiya düşərgəsi əsirlərinin əməyini istismar edən alman şirkətinin "Credit Suisse"də hesabları olub. ABŞ Senatının komitəsinin məlumatına görə, bank bundan xəbərdar olub və əvvəlki araşdırmalar zamanı, xüsusən 1990-cı illərdə mühüm sənədləri gizlədib. 2023-cü ilin martında "Credit Suisse"i ələ keçirən UBS AFP-yə tam şəffaflığa sadiq olduğunu bildirib.
1998-ci ildə "Credit Suisse" UBS və digər İsveçrə şirkətləri ilə birlikdə Holokost qurbanlarına 1,25 milyard dollar təzminat ödəyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay