Bayden 14 milyard dollarlıq satışa mane olacaq
ABŞ-ın hazırkı prezidenti Co Bayden Amerikanın polad şirkəti "U.S. Steel"in Yaponiyanın "Nippon Steel" firması tərəfindən 14 milyard dollar dəyərində satın alınmasını rəsmi şəkildə əngəlləmək niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Ağ Evin sözçüsü Saloni Şarma bildirib: "Prezidentin əvvəldən mövqeyi "U.S. Steel"in yerli şirkət olaraq qalmasının həyati əhəmiyyət kəsb etməsidir".
"Bloomberg" yazır ki, Bayden uzun müddətdir satışa qarşı çıxıb və şirkətin dövlət mülkiyyətində qalacağını müdafiə edib. Bununla belə, o, sövdələşməni dayandıracağına dair heç bir vəd verməyib. Eyni zamanda, yeni seçilmiş prezident Donald Tramp dəfələrlə buna mane olacağına söz verib.
"ABŞ Xarici İnvestisiyalar Komitəsi öz qərarını dekabrın 22 və ya 23-də Baydenə bildirməlidir", deyə məsələ ilə tanış olan mənbələr bildiriblər.
Qeyd olunur ki, Bayden sövdələşməni əngəlləmək qərarına gələrsə, "Nippon Steel" və "U.S. Steel" hüquqi proseslərə başlamağa hazırdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay