ABŞ-dan Çin və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar
ABŞ, insan hüquqlarının pozulması iddiası ilə Çin və Rusiya şirkətlərinə ticarət məhdudiyyətləri tətbiq edib.
Valyuta.Az xəbər verir ki, ABŞ 2 Çin və bir neçə Rusiya şirkətinin də daxil olduğu 8 şirkətə qarşı insan hüquqlarının pozulması ilə bağlı ticarət məhdudiyyətləri tətbiq edib.
Təyin olunan Çin mərkəzli şirkətlər arasında ABŞ-ın insan hüquqlarının pozulmasına imkan yaratmaqda ittiham etdiyi "Zhejiang Uniview Technologies" də yer alır.
ABŞ Ticarət Nazirliyinin adını açıqladığı digər şirkət isə ictimai təhlükəsizlik orqanlarının insan hüquqlarını pozmasına şərait yaradan məhsullar hazırlayıb satan "Beijing Zhongdun Security Technology Group" şirkətidir.
Bu şirkətlər, ABŞ şirkətlərinin onlara ixracat etməzdən əvvəl xüsusi lisenziya əldə etməsini tələb edən "hüquqi şəxslər siyahısı"na daxil edilib.
ABŞ Ticarət, Sənaye və Təhlükəsizlik Nazirinin müavini Alan Estevez (Alan Estevez) verdiyi açıqlamada, “İnsan hüquqlarının pozulması ABŞ-ın xarici siyasət maraqlarına ziddir” deyə bildirib. O, bu şirkətlərin siyahıya əlavə edilməsinin məqsədinin "ABŞ texnologiyasının insan hüquqlarının pozulmasına və sui-istifadələrinə səbəb olmasının qarşısını almaq" olduğunu əlavə edib.
Ticarət Nazirliyi, həmçinin Moskvaya üz tanıma texnologiyası təmin edən və Myanmada fəaliyyət göstərən bəzi Rusiya şirkətlərini də siyahıya daxil edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay