BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61124

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Şırnakdakı Gabar neft yatağında gündəlik hasilatın 61 min barrelə çatdığını açıqlayıb. 

Valyuta.az-ın məlumatına görə, Bayraktar bildirib ki, 2023-cü ilin noyabr ayında Türkiyədə ümumilikdə 3 milyon 425 min barrel xam neft hasil edilərək rekord göstəriciyə nail olunub. 

"Noyabr ayında Türkiyədəki ümumi hasilatımızın yarısını Gabar yatağından təmin etdik", deyə o qeyd edib.

Bayraktar milli enerji və mədən siyasəti çərçivəsində neft və təbii qaz axtarışlarında strategiyanın yenidən qurulduğunu vurğulayıb. Yeni strategiya çərçivəsində dərin dəniz qazma və seysmik araşdırma gəmilərindən ibarət bir flotun yaradıldığını bildirib.

Nazir xatırladıb ki, bu strategiya sayəsində 2020-ci ildə Türkiyə tarixinin Qara dənizdə ən böyük təbii qaz kəşfi həyata keçirilib. Hazırda Sakarya qaz yatağında gündəlik hasilatın 7 milyon kubmetrə yaxınlaşdığını deyən Bayraktar bildirib: "Bu hasilatla birlikdə hazırda 3,5 milyon evin ehtiyacını öz təbii qazımızla qarşılayırıq".

Bayraktar Şırnak Gabar yatağında 2021-ci ildəki kəşfin Türkiyə tarixində quruda həyata keçirilmiş ən böyük neft kəşfi olduğunu xatırladıb:  "Bugün Gabar yatağında gündəlik hasilatımız 61 min barrelə çatıb. Noyabr ayında isə ümumi Türkiyə hasilatının yarısı bu yataqdan təmin edilib".

Bayraktar milli enerji və mədən siyasətinin vacib bir istiqamətinin yerliləşdirmə hərəkatı olduğunu diqqətə çatdırıb. O bildirib ki, neft sənayesində milli texnologiyalar inkişaf etdirilərək böyük bir ekosistem formalaşdırılıb və artıq bir çox proqram təminatı və avadanlıq yerli imkanlarla istehsal edilir.

Nazir TPAO-nun 2023-cü ildə satınalmalarının 53%-ni, xidmət tədarüklərinin isə 99%-ni yerli mənbələrdən əldə etdiyini bildirib. Enerjidə tam müstəqillik üçün yerliləşdirmə proqramının davam edəcəyini vurğulayıb.

Bayraktar çıxışını bu sözlərlə tamamlayıb: "Yeni dövrdə milli çempion olacaq bir TPAO-nu yenidən quraraq çox daha müasir və çevik idarəetmə sisteminə sahib olacağıq".

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Son günlər metroda nə baş verir? - Video

ABŞ-nin büdcə kəsirində 64%-lik artım - Hesabat

“Aztelekom”da yeni təyinat

Daşkəsəndə küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin