Dünya
30.05.2024 / 05:21
ABŞ daha bir ölkəyə islahatlar üçün 50 milyon dollar ayırır
49058
ABŞ Moldovaya islahatlar üçün 50 milyon dollar ayıracaq.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.
“Bu gün Konqres ilə əməkdaşlıqda [Moldovanın] enerji və kənd təsərrüfatı islahatları məqsədlərinə nail olmaq və dezinformasiya ilə gələcək mübarizə üçün əlavə 50 milyon dollar ayıracağımızı elan edirəm”, – Blinken bildirib.
Onun fikrincə, bu, Şərqi Avropa ölkəsinin digər ölkələrin seçkilərə müdaxiləsinə qarşı durmaq “qabiliyyətini gücləndirməli”, həm də ona Avropa inteqrasiyasına doğru irəliləməyə davam etməyə imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay