BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46090

Vyetnam məhkəməsi “Van Thinh Phat” şirkətinin rəhbəri xanım Çıonq Mi Lanı fırıldaqçılıqda, bankçılıq qaydalarını pozmaqda və rüşvət verməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Hoşimin Şəhər Məhkəməsinin qərarına görə, Çıonq Mi Lanın saxta sövdələşmələrlə və sənədlərlə Sayqon Kommersiya Bankına 677 trilyon Vyetnam donq (27 milyard ABŞ dolları) ziyan vurub. Məhkəmə onun banka 673,8 trilyon donq kompensasiya ödəməsinə də qərar verib.

Bildirilir ki, “Van Thinh Phat” şirkətinin rəhbəri hökumətin Sayqon Kommersiya Bankının restrukturizasiya planı çərçivəsində 2 kreditorunun birləşməsindən sonra bankdan külli miqdarda pul əldə edib. Çıonq Mi Lan digər şəxslər vasitəsi ilə bankın səhmlərinin 91,5 faizinə nəzarəti ələ keçirdikdən sonra bankın rəhbərliyinə “Van Thinh Phat” şirkətinin törəmə firmalarına kredit verməyi əmr edib. Bu yolla 2012-2022-ci illərdə təxminən 2 500 kreditləşmə həyata keçirilib. Çıonq Mi Lan saxta əməliyyatları ört-basdır etmək üçün Vyetnam Mərkəzi Bankının müfəttişinə 5,2 milyon dollar, onun rəhbərinə isə 300 min dollar rüşvət verib.

Qeyd edək ki, Hoşimin Şəhər Məhkəməsi Çıonq Mi Lanın əri, honkonqlu daşınmaz əmlak maqnatı Erik Çunu də həmin məsələdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.//AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin