BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45034

ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləmir və Tehranla iş apararkən sanksiyalar riski ilə bağlı xəbərdarlıq edir. 

Valyuta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

“Dawn” qəzeti Amerika xarici siyasət departamentinin adı açıqlanmayan nümayəndəsindən sitat gətirir: “Biz həmişə hamıya bildiririk ki, İranla iş görmək bizim sanksiyalarımıza səbəb ola bilər və biz hamıya bunu çox diqqətlə qəbul etməyi məsləhət görürük. Biz bu qaz kəmərinin çəkilişini dəstəkləmirik”.

Martın 26-da Pakistanın dövlət neft naziri Musadiq Malik bildirib ki, İslamabad ABŞ-dan tezliklə İranla “Mir” qaz kəmərinin tikintisinə başlayacaq Pakistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsinə çalışacaq.

Pakistanın dövlətə məxsus Interstate Gas Systems şirkəti ilə İranın İran Qaz Şirkəti qaz kəmərinin tikintisinə dair sazişi hələ 2009-cu ildə imzalayıb. Pakistan 2015-ci ilin yanvarına qədər qaz kəmərinin öz hissəsini tikməyi öhdəsinə götürüb, lakin onun tikintisi başa çatmayıb, İranın Pakistanla sərhədə qədər olan hissəsi isə artıq istismara hazırdır.

2023-cü ilin avqustunda İslamabad Tehrana fors-major hallar barədə bildiriş göndərib və bunun nəticəsində ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qaldığı və ya Vaşinqtondan boru kəmərinin tamamlanması üçün icazə alana qədər enerji layihəsi üzrə öhdəliklərini dayandırıb.

Buna cavab olaraq Tehran layihə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə İslamabada qarşı 18 milyard dollar iddiası ilə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcəyi ilə hədələyib. Fevralın 27-də Pakistanın müvəqqəti federal hökuməti “Mir” qaz kəmərinin öz hissəsinin tikintisini bir il ərzində başa çatdırmaq barədə qərar qəbul edib. Magistralın Pakistan hissəsinin uzunluğu İranla sərhəddən Qvadar dəniz limanına qədər 800 km-dir.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin