"Qazprom" "Naftoqaz"ı məhkəməyə verdi
Rusiyanln "Qazprom" şirkəti Ukraynanın "Naftoqaz" şirkətinə qarşı iddia ərizəsini Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinə göndərib.
Valyuta.az xəbər verir ki, bunu arbitraj işlərinin materiallarında olan iddia sübut edir.
Rusiya şirkəti Ukraynanın "Naftoqaz" şirkətinə beynəlxalq arbitraj məhkəməsinin "Qazprom"dan qaz tranziti borcunun alınması ilə bağlı qərarının çıxarılmasının qadağan edilməsini tələb edir.
2022-ci ilin payızında “Naftoqaz” Rusiyanın qaz holdinqinə qarşı Beynəlxalq Arbitrajda iddia qaldırıb. Ukrayna tərəfi "Qazprom"u ölkə ərazisindən yanacaq tranziti üçün ödənişi gecikdirməkdə ittiham edir. “Qazprom”un rəhbəri Aleksey Miller bu iddiaları əsassız adlandırıb.
Bundan əlavə, “Naftoqaz” beynəlxalq tribunalda Rusiyadan Krımdakı aktivlərinin itirilməsinə görə 5 milyard dollar təzminat tələb edir. Ukrayna şirkəti bundan əvvəl dəymiş ziyanı 10 milyard dollar qiymətləndirib. "Qazprom" bu iddiaları qanunsuz hesab edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay