Aİ üzvlərindən etiraz: Çirkli pulların yuyulması ilə bağlı qaydalar futbol klublarına tətbiq olunmasın
Avropa İttifaqının hazırda üzərində işlədiyi çirkli pulların yuyulması ilə bağlı yeni tənzimləmə qaydaları futbol klublarına da təsir edib.
Valyuta.az xəbər verir ki, futbol klubları və supervarlılar üçün hazırlanacaq reqlamentlərlə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar ötən həftə dayandırılıb.
Avropa Parlamentində tənzimləmələrin öncüllərindən biri olan “Yaşıllar Partiyası”nın deputatı Damien Karem açıqlamasında, “Üzv ölkələr futbol klublarının, liqaların və menecerlərin sadə qaydalardan kənarda qalmasını istəyirlər. Bu, tam toxunulmazlığı ilə danışıq və şübhəli transfer biznesini davam etdirmək şansı qazanacaq. Bu, quldurlar və oliqarxlar üçün bir şansdır” - ifadələrini işlədib.
Avropa Komissiyası, Avropa Parlamenti və Aİ Şurası arasında aparılan danışıqlar Aİ-nin iki il əvvəl irəli sürdüyü çirkli pulların yuyulmasına qarşı metodların ümumiləşdirilməsi planının yekun mərhələsidir. Lakin üzv dövlətlərin Avropa Parlamentinin futbol klublarının yeni reqlamentə daxil edilməsi tələbinə müqavimət göstərməsi danışıqları dalana dirəyib.
Mövzu ilə bağlı açıqlama verən Karem "Futbol çirkli pullar üçün əsas sektordur" - sözlərini deyib.
“Politico”da mövzu ilə bağlı yer alan xəbərlərdə futbolda ən çox görülən çirkli pulların yuyulma texnikasının bir oyunçunun qiymətini həddən artıq şişirtmək və transferdən sonra artıq hissəsinin yenidən “yeraltı dünyası”na göndərilməsi olduğunu bildirib.
Futbolda çirkli pulların yuyulması ilə bağlı ən böyük araşdırmalardan biri 2018-ci ildə Belçikada “Operation Zero” adı ilə aparılıb. Aparılan istintaqla Belçika futbol klublarında çoxlu dəstələrin yaradıldığı üzə çıxıb. Əməliyyatdan sonra klublar çirkli pulların yuyulması ilə mübarizə üçün yeni qaydaların tətbiqini qəbul etməli olublar.
Mövzu ilə bağlı araşdırmalar aparan Hasselt Universitetinin iqtisadiyyat professoru Niels Appermont, Belçikada yaradılan yeni qaydaların zamanla sənədləşməyə çevrildiyini söyləyib. Qara pulla mübarizə üçün daha təsirli üsulların inkişaf etdirilməsi lazım olduğunu bildirən Appermont, “Bu sektorda böyük problemlər görürəm. Bu problemlərlə effektiv mübarizə aparmaq istəyirsinizsə, hər kəsə uyğun bir həlldən istifadə etməməlisiniz. Əvvəlcə tənzimləməyə çalışdığınız bazarı başa düşməlisiniz” - sözlərini deyib. O, UEFA-nın Brüsseldə “qara pul”la bağlı danışıqlara lobbiçilik etdiyi bildirilib və deputatlardan hər hansı qayda tətbiq etməzdən əvvəl sözügedən qurumla məsləhətləşmələrini təklif edib.
Bildirilib ki, bütün klublar üçün vahid tətbiqin tətbiqi UEFA-da kiçik klublara ziyan vuracağı ilə bağlı narahatlıq yaradıb. Avropa Birliyinin yeni “qara pul qaydaları” ilə bağlı danışıqların davam etdiriləcəyi gözlənilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay