Bolqarıstan Rusiya neftinin idxalına və emalına qadağa qoyacaq
Bolqarıstan parlamenti Rusiya neftinin emalının və Rusiyadan neft idxalının 2024-cü ilin birinci rübündə dayandırılması barədə qərar qəbul edib.
Poliqon xəbər verir ki, Bolqarıstan parlamentinin yekdilliklə qəbul etdiyi qərara əsasən, 2024-cü il yanvarın 1-dən etibarən Rusiya neftinin idxalı, martın 1-dən isə Bolqarıstandakı yeganə neft emalı zavodu olan "Lukoil Neftochim Burgas" fəaliyyətini dayandıracaq.
2022-ci ildə Avropa İttifaqının (Aİ) Rusiya neftinə tətbiq etdiyi embarqodan xüsusi coğrafi mövqeyinə görə azad olan Bolqarıstan azad etmə prosesi bitməmiş parlamentdə lazımi qərar qəbul edib.
Parlament həmçinin Aİ-nin təbii qazın mənşəyinin müəyyən edilməsi ilə bağlı tənzimləməsi qüvvəyə minənə qədər Rusiya təbii qazının Bolqarıstana idxalı və Bolqarıstan ərazisindən tranzitinə tətbiq edilən verginin ləğv edilməsinə qərar verib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay