Baş nazir koronavirusa yoluxdu
Estoniya baş naziri Kaya Kallas koronavirusa (COVID-19) yoluxub.
Qaynarinfo xəbər verir ki, Kaya Kallas bu barədə "Facebook" hesabında bildirib.
Onun COVID testinin nəticəsi bu gün müsbət çıxıb və bir sıra görüşləri təxirə salınıb.
"Bu günlərdə bir çox insan kimi, mən də COVID-ə yolxudum. Bu gün özümü çox pis hiss etdim və test bunun COVID olduğunu təsdiqlədi. Sevinirəm ki, xəstələnməzdən əvvəl Avropa Şurasında tarixi qərarlara səs verə bildim. Amma ürəyim ağrıdı ki, Polşanın yeni baş naziri Donald Tuskun Estoniyaya baş tutmalı olan ilk xarici səfərini təxirə salmalı olduq. Estoniya və Baltikyanı ölkələrin baş nazirlərinin Tallinndə sabahkı görüşü də təxirə salınmalıdır. Mən bu görüşləri səbirsizliklə gözləyirdim, amma indi heç nə etmək olmaz. Hər kəsə cansağlığı arzulayıram və lütfən özünüzün və yaxınlarınızın qayğısına qalın ki, qarşıdan gələn bayramları birlikdə dinc və sağlam keçirəsiniz", deyə baş nazir bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay