Ekspert Çin iqtisadiyyatındakı mənzərəni "dəhşətli" adlandırdı
Çində iqtisadi fəallıq zəifləyir, bəzi sahələr isə azalır, bu səbəbdən də hakimiyyət iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər görməli olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg"ın materialında deyilir.
Analitiklərin fikrincə, daşınmaz əmlak bazarındakı böhran və daxili bazarda tələbin zəif olması pis nəticələrə gətirib çıxarır. “Macquarie Group Ltd” investisiya bankının Çin iqtisadiyyat departamentinin rəhbəri Larri Hu qeyd edib ki, noyabr ayı pərakəndə satışları oktyabrdan 1.9% az olub və Çin statistikasının bildirdiyi artım bir il əvvəl COVID məhdudiyyətləri ilə bağlıdır.
"S&P Global Ratings"in Asiya-Sakit Okean üzrə baş iqtisadçısı Louis Kuys mənzərəni dəhşətli adlandırıb. O, bütün sahələrdə pərakəndə satışın, sənaye istehsalının və əsas kapitala investisiya qoyuluşunun dinamikasını belə qiymətləndirib.
Bundan əvvəl CNN Çində ciddi deflyasiya problemi ilə bağlı material yayıb. İqtisadi təhlillər göstərir ki, ölkədə mal və xidmətlərin qiymətləri ucuzlaşmaqda davam edir, bu, iqtisadiyyat üçün mənfi nəticələrə səbəb ola bilər.
Dekabrın 13-də Mərkəzi İqtisadi İşçi Konfransının yekunlarına əsasən Çin rəhbərliyi daxili tələbin stimullaşdırılması, strateji sahələrin inkişafının prioritetləşdirilməsi və 2024-cü ildə daşınmaz əmlak bazarında böhran probleminin həlli planlarını açıqlayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay