Fələstin üçün ianə fikir ayrılığına səbəb oldu
İsveçrə Parlamentinin Kiçik Palatası - Kantonlar Şurası - daha böyük palatanın - Milli Şuranın BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım üzrə İş Agentliyinə (UNRWA) ildə 20 milyon frank (23 milyon dollar) məbləğində maliyyə dəstəyini dayandırmaq təşəbbüsünü dəstəkləməyib.
Valyuta.az xəbər verir ki, Kiçik palatanın 23 deputatı bu məqsədlər üçün vəsaitin ayrılmasının davam etdirilməsinin lehinə, 21 deputatı isə əleyhinə səs verib.
Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, “Milli Şuradan və onun komissiya üzvlərinin əksəriyyətindən fərqli olaraq, Kantonlar Şurası 23 əleyhinə 21 səslə UNRWA-nın fəaliyyəti üçün 20 milyon frank məbləğində İsveçrə yardımını ləğv etməkdən imtina edib”. Yaşıllar Partiyasının deputatı Maya Qraf görüşdə bildirib ki, agentlik “çətin kontekstdə mühüm işlər görür” və "ehtiyatlı olmaq lazımdır". Bundan əlavə, o, "İsveçrənin xarici siyasəti üçün bu cür maliyyə kəsilməsinin nəticələrini aydınlaşdırmaq lazımdır" deyib. Öz növbəsində ölkənin maliyyə naziri Karin Keller-Sutter çıxışında qeyd edib ki, Xarici İşlər Federal Departamenti (Nazirlik) UNRWA-ya iaənin dayandırılması halında “reputasiyaya xələl gətirməkdən qorxur”.
Dekabrın 11-də Milli Şura UNRWA-ya 20 milyon frank məbləğində illik dəstəyin ayrılmasının dayandırılmasının lehinə çıxış edib. Bu qərarı Milli Şuranın Böyük Palatasının 116 deputatı dəstəkləyib, 78-i əleyhinə səs verib. Kanton Şurasında keçirilən səsvermə Milli Şuranın İsveçrənin UNRWA-ya töhfələrini dayandırmaq qərarına mane olub.
Bu agentliyin baş komissarı Filip Lazzarini Kanton Şurasının mövqeyini “müsbət inkişaf” kimi qiymətləndirib. "İsveçrənin fələstinlilərə və regiona öz humanitar ənənələrinə sadiq qaldığını söyləməyə davam etməsi vacibdir", - baş komissar kanton şurasının qərarını şərh edərkən Cenevrədə mətbuat konfransında deyib. Onun sözlərinə görə, İsveçrə tərəfindən verilən vəsait "UNRWA-nın Qəzza zolağında həyat qurtaran humanitar yardım göstərməyə davam etməsi üçün tamamilə vacibdir".
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay