12-ci anti-Rusiya sanksiyalarının qəbulu zamanı Nehammer və Orban zaldan çıxıb
Aİ-yə üzv dövlətlərin başçıları 12-ci anti-Rusiya sanksiyalar paketinin qəbulu ilə bağlı razılığa gələndə Avstriya kansleri Karl Nehammer zalda olmayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Politico üç avropalı diplomata istinadən məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Avstriya tərəfi Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiya paketinin qəbulunu blokdan çıxarıb, lakin yeni paket hələ də rəsmi olaraq təsdiqlənməyib.
Politico qəzetindəki mənbələrin məlumatına görə, Nehammer Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulması məsələsini müzakirə etmək üçün otağı tərk edib.
Aİ-nin Brüsseldəki sammitindəki mənbə daha əvvəl jurnalistlərə bildirib ki, Aİ-nin digər 26 ölkəsinin liderləri Ukrayna ilə icmaya qoşulmaq üçün danışıqlara başlamaq qərarına gələndə Macarıstanın baş naziri Viktor Orban da iclas zalını tərk edib. Sammit başlamazdan əvvəl Ukraynanın lazımi şərtləri yerinə yetirmədiyini və bu addıma hazır olmadığını qeyd edən Orban bu məsələnin gündəliyə salınmamasını təklif edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay