BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
38750

Rusiya İxrac Mərkəzi (REC) Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində İrəvanda nümayəndəliyini açıb və bu, xarici ölkələrdə sayca 13-cü nümayəndəlik olub. 

Valyuta.az xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 15-də İrəvanda Rusiya İxrac Mərkəzinin (REÇ) Ermənistandakı nümayəndəliyinin açılış mərasimi olub. Mərasim Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində baş tutub”, - press-relizdə deyilir.

Qeyd olunur ki, mərkəz Rusiya ixracatçılarına Ermənistanda potensial alıcıların axtarışı, danışıqların təşkili, erməni tərəf müqabillərinin etibarlılığının yoxlanılması, eləcə də biznes layihələrinin həyata keçirilməsində maliyyə dəstəyi daxil olmaqla geniş spektrli xidmətlər göstərəcək.

"Rusiya-Ermənistan ticarət-iqtisadi əlaqələrinin inkişafı həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrinin inkişafı baxımından, həm də yeni tərəfdaşlıq sahələrinin yaradılması mövqeyindən bizim üçün həmişə xüsusi əhəmiyyət kəsb edib", - açılış mərasimində Rusiya Federasiyasının İqtisadi İnkişafı Nazirliyinin nazir müavini Dmitri Volvaç bildirib. O, Rusiya İxrac Mərkəzinin Ermənistandakı nümayəndəliyini “ölkələr arasında əlaqələrin inkişafında yeni mərhələ” adlandırıb. Onun fikrincə, mərkəzin vəzifəsi Rusiya və Ermənistanın işgüzar dairələri arasında davamlı dialoqun davam etdirilməsinə kömək etməkdir.

Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina hesab edir ki, dünyada mövcud vəziyyət Moskva ilə İrəvan arasında münasibətlərin inkişafına kömək edir və REÇ-in Ermənistandakı nümayəndəliyi yerli işgüzar dairələrlə “səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına” kömək edəcək”.

Rusiya ixrac mərkəzinin Ermənistandan başqa daha 12 xarici nümayəndəliyi var. REÇ nümayəndələri Hindistan, Vyetnam, Türkiyə, Qazaxıstan, Çin və digər ölkələrdə fəaliyyət göstərirlər.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəkərli diabet xəstələrinin dərman təminatı niyə kəsilib?

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı - Məzənnə

Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin