Polşa fermerləri hökuməti Ukraynadan şəkər idxalına qadağa qoymağa çağırdı
Şəkər Çuğunduru İstehsalçılarının Milli İttifaqı Ukraynadan şəkər idxalına embarqo qoyulması xahişi ilə Polşanın yeni seçilmiş kənd təsərrüfatı naziri Çeslav Sekierskiyə müraciət edib.
Valyuta.az xəbər verir ki, bu barədə RMF24 bəyanatdan sitat gətirib.
“Polşada təcili olaraq Ukraynadan şəkər idxalına embarqo tətbiq etmək lazımdır. Şəkər Çuğunduru İstehsalçıları Milli İttifaqı kənd təsərrüfatı və kənd inkişafı naziri Çeslav Sekierskidən bunu xahiş edib”, - birliyin bəyanatında deyilir. Bəyanatda həmçinin qeyd edilir ki, Polşaya qonşu olan ölkələr, xüsusən də Macarıstan və Slovakiya artıq Ukraynaya qarşı oxşar tədbirlər görüblər.
Polşa kənd təsərrüfatı istehsalçılarının fikrincə, Ukrayna kənd təsərrüfatı məhsullarının ixracına Brüssel tərəfindən tətbiq edilən gömrük rüsumlarının ləğvi ilə bağlı müvəqqəti tədbirlərə görə, Ukraynadan Aİ ölkələrinə şəkər idxalı bir neçə dəfə artıb. Ukraynadan tədarükün kəskin artması son bir neçə ayda Polşada şəkərin qiymətinin azalmasına təsir edib və bu, Polşa istehsalçılarının Avropa bazarındakı mövqeyini təhlükə altına qoyur, polşalı fermerlər vurğulayırlar.
May ayında Aİ Ukraynadan malların ixracına rüsumların ləğvini bir il müddətinə uzadıb. Aprel ayında Polşa Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya ilə birlikdə daxili bazarda qiymətlərin enməməsi üçün Ukraynadan öz ərazilərinə taxıl idxalına qadağa qoyub. Məhsullarını satmaqda maraqlı olan Kiyev onlara ixrac daşımalarının əlaqələndirilməsi sxemlərini təklif edir, həmçinin qonşuları ilə tranzit yüklər üçün logistik prosedurları və sərhəd nəzarətini sadələşdirmək üçün danışıqlar aparır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay