Yaponiya 2024-cü il yanvarın 1-dən Rusiya almazlarının idxalına qadağa qoydu
Yaponiya 2024-cü il yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almazlarının idxalını qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (METI) saytında məlumat verilib.
Qadağa qeyri-sənaye məqsədləri üçün qeyri-standart almazlara, xam almazlara və ya sadəcə mişarlanmış və ya doğranmış almazlara təsir edəcək.
Həmçinin, bu tədbirlər paketinin bir hissəsi olaraq, Yaponiya Rusiyadan, BƏƏ. Belarus və Ermənistandan olan onlarla şirkətə sanksiya tətbiq edib.
İxrac məhdudiyyətlərinə məruz qalan şirkətlərin siyahısına sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələri daxildir. Onların arasında Ural Mülki Aviasiya Zavodu, Ulan-Ude Aviasiya Zavodu, Xabarovsk Gəmiqayırma Zavodu, Vostochnaya Gəmiqayırma Zavodu, V.A. Deqtyarev adına zavod, Taqanroq Priboy Zavodu, NPK Texmaş, Akademik N.A Pilyugina adına Avtomatlaşdırma və Ölçmə üzrə Elmi-İstehsalat Mərkəzi və başqaları var. Aşkar edildikdə aktivləri dondurulacaq şəxslər və təşkilatların siyahısı hələ dərc edilməyib.
Bundan əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yanvarın 1-dən Rusiyadan brilyant idxalına qadağa qoyub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay