Yaponiya hökuməti bu heyvanların "soyqırımı" üçün 48 min dollar ayırıb
Yaponiya hökuməti Kamakura şəhərində tarixi binalara və taxta məbədlərə, həmçinin yerli ekosistemə ziyan vuran xaricdən gətirilən "işğalçı" dələləri məhv etmək qərarına gəlib.
Valyuta.az xəbər verir ki, Kamakura şəhər rəhbərliyi dələ problemini həll etmək üçün əlavə 48 min dollar xərcləmək niyyətindədir. Planlar şəhər sakinlərini qəfəslərlə təmin etmək, turistlərdən dələlərə yem verilməməsi ilə bağlı plakatlar asmaq və heyvanları vəhşicəsinə olmamaq şərtilə kəsmək üçün mütəxəssislər işə götürməkdir. Şəhərdəki ətraf mühit fəalları da bu işğalçı növlərin Yaponiyanın biomüxtəlifliyi üçün yaratdığı təhlükədən xəbərdardır və dələlərin məhv edilməsi təşəbbüsünü dəstəkləyir. Hazırda ölkədə 150-dən çox heyvan və həmçinin bitki növü ətraf mühit nazirliyi tərəfindən xarici işğalçılar siyahısına salınıb.
2000-ci ildən Kamakura yerli hakimiyyət orqanları "Formosan" adlanan bu dələ populyasiyasına nəzarət etməyə başlayıb və onlardan 69-nu ələ keçirərək evtanaziyaya məruz qoyub. Lakin azalmaq əvəzinə, dələlərin sayı artmağa davam edib və 2018-ci ildə təxminən 1571-ə çatıb. Səlahiyyətlilər 2023-cü ilin ilk səkkiz ayında 1533 dələnin yaxalandığını və bu rəqəmin daha da artacağına ümid etdiklərini bildirib.
Kamakuranın hər yerində dələlərin vurduğu zərər barədə sakinlərə məlumat verən plakatlar və bildirişlər asılmağa başlanıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay