Bu ölkədə devalvasiyadan sonra yanacağın qiyməti 35-40% artdı
Argentinada fəaliyyət göstərən neft şirkətləri yeni hökumət ilk iqtisadi tədbirləri, o cümlədən devalvasiyanı elan etdikdən sonra benzin və dizelin qiymətini ölkə üzrə orta qiymətdən 35-40% qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədəLa Nación qəzeti məlumat yayıb.
Ötən həftə Argentinada yanacağın qiyməti artıq 15-30% artıb. İlin əvvəlindən benzinin qiyməti 230%-dən çox bahalaşıb.
Dekabrın 12-də Argentinanın iqtisadiyyat naziri Luis Kaputo prezident Xavyer Mayli hökumətinin ilk iqtisadi tədbirlərini təqdim edib. O, hakimiyyətin əsas məqsədinin büdcə kəsiri ilə, o cümlədən subsidiyaları azaltmaqla mübarizə olacağını bildirib və dolların rəsmi məzənnəsinin 366 pesodan 800 pesoya qaldırılacağını açıqlayıb.
Mayli dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik qiymətləndirib və iqtisadiyyatda şok tədbirlərinin görülməsinin vacibliyini bəyan edib. Libertar siyasətçi hökumətin minimal müdaxiləsinin tərəfdarıdır, inflyasiya ilə mübarizə üçün Argentina Mərkəzi Bankının ləğvini zəruri hesab edir, dövlət şirkətlərinin özəlləşdirilməsini vəd edir və dollara keçidi istisna etmir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay