Dünya
14.12.2023 / 15:15
Rusiyanın qızıl ehtiyatları rekord həddə çatdı
38618
Dünya qiymətlərinin artması sayəsində qızıl ehtiyatları Rusiya ilk dəfə olaraq 150 milyard dolları ötüb.
Valyuta.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, noyabrda ölkədə qızıl ehtiyatları 2,2% artaraq rekord həddə - 151,9 milyard dollara çatıb. Bu, müasir tarixdə ən yüksək səviyyədir.
Əvvəlki ən yüksək həddə oktyabrda qeydə alınıb. Sonra ehtiyatlar 148,7 milyard dollar təşkil edib.
Rusiyanın qızıl ehtiyatlarının dəyərinin artması qiymətli metalın dünya qiymətlərinin artması hesabına əldə edilib. Eyni zamanda, Rusiya qızılının real ehtiyatları noyabrda təxminən 16 ton azalaraq 2315 ton təşkil edib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay