İstefasından sonra milyonlardan məhrum edildi
Britaniya neft-qaz şirkəti BP-nin keçmiş rəhbəri Bernard Luni direktorlar şurasına yalan danışdığına görə istefa verdikdən sonra 32,4 milyon funt sterlinq (indiki məzənnə ilə təxminən 40,6 milyon dollar) məbləğində ödənişlərini itirəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Şirkətdən jurnalistlərə izah edilib ki, Luni “idarə heyətini qəsdən çaşdırıb”. Nəşr qeyd edib ki, onun hərəkətsizliyi ciddi qanun pozuntusu hesab edilib.
Beləliklə, Luni 2023-cü maliyyə ili üçün maaş, pensiya və ya bonus almayacaq. Bundan əlavə, 32,4 milyon funt sterlinq məbləğində potensial mükafatın bir hissəsi keçmiş direktorun istefasından dərhal sonra avtomatik olaraq ləğv edilib.
O da məlum olub ki, BP 2022-ci ildə artıq Luniyə ödənilmiş bonusun 50%-ni, eləcə də ümumi məbləği təxminən 1 milyon funt sterlinq (1,3 milyon dollardan çox) olan səhmlərin ona köçürülmüş hissəsini geri alacaq.
Bernard Luni 2020-ci ildən BP-yə rəhbərlik edib, lakin həmkarları ilə keçmiş şəxsi münasibətlərini gizlətdiyi üçün 2023-cü ilin sentyabrında istefa verib.
BP-yə rəhbərlik etdiyi müddətdə Luni aşağı karbonlu enerjiyə daha sürətli keçidi fəal şəkildə dəstəkləyib. Bu, neft hasilatının azaldılması və elektromobillər sahəsində texnologiyaların inkişafı planlarında özünü göstərib. Bloomberg-in qeyd etdiyi kimi, BP-nin səhmləri də Luninin CEO vəzifəsinə təyin edilməsindən sonra rəqabət aparan şirkətlərlə müqayisədə daha az cəlbedici olub ki, bu da qismən Avropadakı enerji böhranı ilə bağlıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay