Dünya
13.12.2023 / 23:58
FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
38606
ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.
“Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda deyilir.
Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay