Qəzza zolağında iqtisadiyyatın cəmi neçə faizi işləyir? - Dünya Bankı açıqladı
Oktyabr ayında İsrailin Fələstin anklavındakı hərəkətləri fonunda Qəzza zolağının iqtisadiyyatı istehsal gücünün cəmi 16%-i səviyyəsində fəaliyyət göstərib.
Valyuta.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) saytında dərc edilmiş hesabatda deyilir.
Sənəddə deyilir: “Fələstin Mərkəzi Statistika Bürosunun (PCBS) ilkin hesablamalarına görə, Qəzza zolağı 2023-cü ilin oktyabr ayında istehsal gücünün 16%-i ilə işləyirdi. Dünya Bankının məlumatına görə, Fələstin anklavının iqtisadiyyatı İsrailin əməliyyatı səbəbindən “demək olar ki, tamamilə dayanıb”, əməliyyatın əvvəlindən “Qəzza zolağında işçilərin təxminən 85%-i işsiz qalıb”.
Təşkilatın ekspertləri anklavda qurbanların sayını, yaşayış sektorunda dağıntıların sürətini və miqyasını, eləcə də yerli sakinlərin gəlirlərinin azalmasını misilsiz adlandırıblar. “Noyabrın ikinci yarısına olan məlumata görə, Qəzzanın informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun təxminən 60%-i, səhiyyə və təhsil müəssisələrinin 60%-i və ya daha çoxu, ticarət infrastrukturunun 70%-i zədələnib və ya dağılıb”, - hesabatda qeyd edilir. Bundan əlavə, Qəzzada İsrail əməliyyatı zamanı “bütün yolların demək olar ki, yarısı zədələnib və ya dağılıb”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay