Dünya
13.11.2023 / 19:40
Havay adalarında gölün suyu çəhrayı rəngə çevrildi - Səbəb nədir? (VİDEO)
36378
Havay adalarında gölün suyu çəhrayı rəngə çevrilib.
Valyuta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, buna güclü quraqlıq səbəb olub.
Maui adasının sakinləri bildiriblər ki, Kealiya gölündəki su indiyədək heç vaxt olmamış qeyri-adi rəngə - çəhrayı-bənövşəyiyə çevirilib. ABŞ Balıq və Vəhşi Təbiət Xidməti gölün iki həftədən artıqdır ki, bu vəziyyətdə olduğunu təsdiqləyib.
Mütəxəssislərin fikrincə, rəng dəyişikliyi yüksək duzlu sularda rast gəlinən halobakteriyaların aktivliyi ilə bağlıdır. Kealiya gölündəki duzun miqdarı isə həddindən artıq quraqlıq və meşə yanğınları ilə əlaqədardır.
Göl suyu zəhərli hesab edilmir, lakin nümunələr əlavə sınaq üçün Havay Universitetinə göndərilib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay