Finlandiya ilə Estoniya arasındakı sualtı qaz kəməri bağlandı
Finlandiya və Estoniya arasında sualtı qaz kəməri sızma ehtimalı səbəbindən bağlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə Finlandiyanın "Gasgrid Finland" operator şirkətinin saytında yer alan məlumatda deyilir.
Şirkətin məlumatına görə, oktyabrın 8-də "Gasgrid Finland" və Estoniyanın qaz nəqli sisteminin operatoru "Elering" şirkəti gecə saat 2-yə az qalmış ölkələr arasında sualtı qaz kəmərində təzyiqin qeyri-adi enişini müşahidə ediblər. Müşahidələrə əsasən Finlandiya və Estoniya arasında sualtı qaz kəmərində sızma şübhəsi olub.
Dəqiqləşdirilir ki, sualtı qaz xəttinin siyirtmələri bağlanaraq sızıntı aradan qaldırılıb. Hər iki operator şirkəti hadisənin təfərrüatlarını müəyyənləşdirir.
"Gasgrid Finland" qeyd edib ki, Finlandiyada qaz təchizatı vəziyyəti stabildir, çünki tədarüklər "Inkoo LNG" terminalı vasitəsilə həyata keçirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay