BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31364

2001-ci ilin günəşli səhərlərindən birində “Lehman Brothers”in o vaxtkı baş direktoru Dik Fuldun stoluna investisiya planı gəldi. Riyaziyyat və fizika üzrə fəlsəfə doktoru olan insanlardan ibarət komandanın tərtib etdiyi bir sənəddə bankın daşınmaz əmlak bazarlarına sərmayə qoyacağı təqdirdə qazanc əldə edəcəyi ilə bağlı hesablama yer alırdı. Sonda bu hesablamalar fayda verdi. 

Mənzil bazarındakı tələbat kiçik firma olan “Lehman Brothers”i dünyanın ən böyük investisiya banklarından birinə çevirdi. Bununla belə, 2008-ci ilin sentyabrında, ABŞ-də daşınmaz əmlak böhranı artmışdı və birjaçılar təşvişə düşməyə başlamışdı. Sonradan mənzil bazarının çərçivəsi daralmağa başlayanda imkanlar da aşağı düşürdü. Tarixin ən böyük iqtisadi böhranlarından birini yaşayan xeyli iri şirkətlər müflis oldu. Müflisləşən şirkətlər arasında isə ən böyüyü 623 milyard dollarlıq “Lehman Brothers”dir. Dağılmamışdan əvvəl dünya üzrə 25.000 işçisi ilə ABŞ-da dördüncü ən böyük investisiya bankı idi.

“Lehman Brothers” necə qurulmuşdu?

Bankın təməli 1844-cü ildə Alabama ştatının Montqomeri şəhərində alman qardaşlar Anri, Emanuel və Mayer Lehman tərəfindən qoyulmuşdu. Anri öldükdən sonra digər qardaşları biznesi genişləndirdilər. ABŞ iqtisadiyyatı beynəlxalq güc mərkəzinə çevrildiyi üçün firma sonrakı onilliklər ərzində çiçəkləndi. Lakin “Lehman Brothers” bu müddət ərzində xeyli problemlərlə üzləşmişdi. İnvestisiya və özəl bankçılıq, maliyyə araşdırmaları, xəzinə əməliyyatları kimi sahələrdə fəaliyyət göstərən şirkət, 19-cu əsrdə böyük dəmir yolu iflaslarını, 1930-cu illərdəki böyük depressiyanı, iki dünya müharibəsini və digər bütün maliyyə böhranlarını aşaraq, onların öhdəsindən gəlməyi bacarmışdı. Lakin 2008-ci ildə vəziyyət dəyişdi...

Səhv hesablamalar “Lehman Brothers”i necə məhv etdi? 

Yüksək bazar dəyərindən istifadə edərək, qardaşlar xam pambığı ticarət malları üçün nağd pul kimi qəbul etməyə başladı və sonda birjaçı olaraq pambıq ticarətinə başladılar. Məsələnin mahiyyətinin tam başa düşülməsi üçün gəlin bir senariyə nəzər salaq. Təsəvvür edin, “Lehman Brothers”də çalışırsınız və bir səhər bankdan telefon zəngi gəlir. Telefondakı şəxs sizə, “Salam! Yüz müştəri bizdən bir il müddətinə bir milyon dollar borc götürüb. Sizlərdən hər hansı birinizin öhdəlikləri yerinə yetirməzsə, borcları əhatə edəcək sığorta almaq istərdik. Müştərilərin hər birinin borclarını geri ödəyə bilməməsi riskinin üç faiz olduğunu düşünürük. Belədə sığorta maliyyəsi nə qədər olacaq?” - deyir.

Əslində bunu asanlıqla hesablaya bilərsiniz. 100 müştərinin hər biri üçün risk üç faizdirsə, buna əsasən, növbəti ildə üç müştərinin borcunu qaytarmayacağını gözləmək olar. Bu, nəticədə üç milyon dollar deməkdir. Faiz dərəcəsinin ildə təxminən üç faiz olduğunu fərz etsək, gələn il 3 milyon dollar indi 3/(3/100+1)=3/1,03=2,91 milyon dəyərində olacaq. Beləliklə, bank sığorta üçün sizə ən azı 2,91 milyon dollar ödəməlidir. “Lehman Brothers”, əlbəttə ki, xeyriyyə təşkilatı deyildi. Ona görə də qiyməti iki dəfə artıraraq 5,82 milyon dollara çatdırdılar. Onlar bu sövdələşmələrin hər birindən orta hesabla 2,91 milyon dollar qazanac gözləyirdilər. Bu da olduqca yaxşı razılaşma kimi görünürdü. Şirkət 2005-ci ildən 2007-ci ilə qədər hər il rekord gəlir əldə etdiyini bildirdi. Lakin 2007-ci ilin ilk rübündə ABŞ-nin mənzil bazarındakı “çatlar” getdikcə daha aydın görünməyə başladı. Tədricən borclular borclarını ödəyə bilmədilər və risk dərəcələri son yeddi ildə ən yüksək həddə çatdı. Bu, tezliklə bazarlarda narahatlıq yaratsa da, “Lehman Brothers” risklərin yaxşı idarə olunduğunu və bunun firmanın gəlirlərinə az təsir göstərəcəyini söyləyirdi. 2007-ci ilin avqustunda kredit böhranı başlayan kimi şirkətin səhmləri kəskin şəkildə ucuzlaşdı. 2008-ci ilin ilk altı ayında ABŞ-də mənzil bazarlarında baş verən dəyişkənliyin ardınca, ipoteka bazarlarında da yaşanan böhran, şirkətin səhmlərinin 73 faiz dəyər itirməsinə səbəb oldu. “Lehman Brothers” kiçilməyə və işçilərini ixtisar etməyə başladı. Lakin görülən tədbirlər heç də itkiləri azaltmadı. 2008-ci ildə şirkət birjadakı dəyərinin artıq 97 faizini itirmişdi. Kifayət qədər pul ehtiyatı qalmadığı üçün “Lehman Brothers” 2008-ci il sentyabrın 15-də müflisliyini elan etməli oldu.

Problemin mənbəyi nə idi?

Şirkətin yol verdiyi ilk səhv risk analizi ilə bağlı oldu. İnvestorların risk nisbəti tarixi məlumatlardan əldə edilir. Düzdür, 1920-ci illərin böyük depressiyasından sonra ABŞ-də mənzillərin qiymətlərində heç bir azalma müşahidə edilməmişdi. Buna görə də, borcalanın borcunu ödəməməsi ehtimalı mənzil qiymətlərinin yüksəldiyi yaxşı dövrə əsasən hesablanmışdı. Ancaq 2007-ci ildə mənzil bazarı çökdü. Bir çox borcalanın əmlakının dəyəri indi ödəməli olduqları kreditdən də aşağı idi. Bu səbəbdən onların əksəriyyəti borcunu ödəməkdən imtina etdi. Üstəlik, borcalanların 22 faizini, gəlir səviyyəsi müəyyənləşdirilmiş standartlardan daha aşağı olan şəxslər təşkil edirdi. Yenə də banklar onlara borc verməkdən çəkinmirdilər. Bilirdilər ki, insanlar borclarını ödəyə bilməsə, pullarını sığortadan geri alacaqlar. Bunun nəticəsi olaraq risklər ehtimal ediləndən, yəni 3-dən, 12 faizə yüksəldi. Bu, o anlama gəlirdi ki, “Lehman Brothers” kimi investorlar gözlədiklərindən dörd dəfə çox ziyana düşəcəkdi. İkinci bir səhv mənbəyi də var idi - “Collateralized Debt Obligation” (CDO), yəni, girovlaşdırılmış borc öhdəlikləri. Buna yüksək gəlirli istiqrazlar, mənzil kreditləri, strukturlaşdırılmış qiymətli kağızlar və törəmə alətlər hesab edilən, maliyyə alətləri portfeli əsasında yaradılmış qiymətli kağızlar daxildir. Kredit öhdəlikləri satıla bilən CDO-ların əsasını təşkil edir. CDO-ların üstünlüyü ondan ibarətdir ki, kredit verən banklar bu borcları satmaqla gəlir mənbəyi yaradırlar. Amma hər şey sistemin nizamlı işləməsindən, borcalanların pulu qaytarmasından, bu isə öz növbəsində iqtisadiyyatdan asılıdır. Yəni iqtisadiyyat zəiflədikcə pul itirmə ehtimalınız da yüksəlir. Gizli risklərdən xəbərsiz olan “Lehman Brothers” isə CDO-ya böyük sərmayə qoymağa qərar verdi və bu onların süquta uğramasının səbəblərindən biri oldu. Beləliklə, səhv təhlillər aparmaları onların mövcudluğuna son qoydu. Bunun arxasında duran səbəblər çox kitablarda müzakirə və şərh edilib. Bir sözlə, şirkət qaytara biləcəyindən daha çox borc götürmüşdü. Nəticədə, 2008-ci il sentyabrın 15-də dünyanın dördüncü ən böyük investisiya bankı yoxa çıxdı. Bazara 700 milyard dollarlıq borc buraxan “Lehman Brothers”in çöküşü ABŞ tarixində ən böyük iflas kimi qiymətləndirilir. Üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, “Lehman Brothers”ə qarşı yüzlərlə məhkəmə prosesi hələ də davam edir. Bu səbəbdən də məhkəmə çəkişmələri yekunlaşana və hüquq sahibləri öz istədiklərini alana qədər şirkət tam bağlanmış hesab edilmir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin