"Müharibə davam etdikcə, vəziyyət daha da pisləşəcək" - Ekspert
“Rublun dollara nisbətən məzənnəsinin həddən aşağı düşməsi dünyada gedən problemlərlə bağlıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Rusiya rublunun dollara nisbətən psixoloji həddən aşağı düşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, rublun dəyərinin düşməsi həm də siyasi və geosiyası məsələlərlə əlaqədardır:
“Ukrayna-Rusiya müharibəsi davam etdikcə Rusiya iqtisadi cəhətdən zəifləyir. Bilirsiniz ki, Rusiya nefti və qazının alınmasına qiymət məhdudiyyət qoyulub. Buna görə də Rusiyanın valyuta ehtiyyatları azalır və rubl zəifləyir. Yəni, nə qədər müharibə davam etsə, vəziyyət daha da kəskinləşəcək və Rusiya bunun öhdəsindən gələ bilməyəcək”.
Əkrəm Həsənov hesab edir ki, müharibə başa çatsa belə Rusiya rublu əvvəlki dəyərinə qayıtmayacaq.
Qeyd edək ki, Rusiya rublu dollara nisbətən psixoloji həddən aşağı düşüb. İndi 1 dollar 92.0 rubla bərabərdir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay