Avropa Parlamentindən kriptovalyuta bazarı ilə bağlı VACİB QƏRAR
Avropa Parlamenti səs çoxluğu ilə kriptovalyuta bazarlarını tənzimləmək üçün qaydaların ilk paketini dəstəkləyib.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, Aİ-yə üzv ölkələr 2024-cü ilin ortalarından qüvvəyə minəcək qaydaları artıq təsdiqləyiblər.
Yeni qaydalara əsasən, kripto aktivləri istehsal edən və ticarət aparan firmalar milli tənzimləyici orqan tərəfindən lisenziya almalıdır. Bu onlara 27 üzv ölkədən ibarət blokda müştərilərə xidmət göstərmək icazəsi verir.
"Ümid edirəm ki, bizim qaydalarımız digər ölkələr üçün nümunə ola bilər", deyə Avropa İttifaqı maliyyə xidmətlərinin rəhbəri Mairead McGuinness bildirib.
Avropa Parlamenti kriptovalyutaların transferini izləmək üçün yeni qaydaları da dəstəkləyib.
"Bu tənzimləmə Aİ-yə rəqabət üstünlüyü verir", Avropa Parlamentinin deputatı Stefan Berger bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay