BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
63261

Biznes daim inkişaf tələb edən sahədir. Biznes qurarkən əsas hədəflərdən biri də biznesi inkişaf etdirmək və böyütmək olur. Bəzi bizneslər bunu yaxşı bacarır, qısa zamanda bizneslərini böyüdür, böyük nailiyyətlər əldə edirlər. Bəzi bizneslər isə uzun zaman keçəsinə baxmayaraq, olduğu kimi qalır, biznesləri davam etsə də, gözlədikləri nəticəni əldə edə bilmirlər. Kiçik bizneslərin böyüməsinə mane olan səbəblər nələrdir?

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a açıqlamasında bildirib ki, kiçik və orta bizneslərin böyüməməsinin bir neçə səbəbi var: “İlkin səbəblərdən biri bizneslərin öz sahələri haqqında kifayət qədər məlumatlı olmamasıdır. İnkişaf o zaman olmur ki, sahibkarlar, biznesmenlər öz biliklərini artırmırlar. Biznesmen öz işini böyütmək və inkişaf etdirmək üçün biznes sahəsini  bilməli, kiçik bizneslər bu sahədə mümkün qədər təlimlər almalı, kitablar oxumalı, digər biznesmenlərin səhvlərindən dərs çıxarmalı və öz bizneslərinin inkişafı üçün kiçik-kiçik addımlar atmağı bacarmalıdır. Biznes maliyyə, marketinq, mühasibatlıq, menecment və satış sahələrinin birləşməsindən ibarətdir. Bu 5 sahə haqqında hər bir biznesin məlumatı olmalı və tətbiq etməyi bacarmalıdır. Çünki bu 5 sahə istənilən biznes üçün keçərlidir”. 

“İnkişaf etmək istəyən biznes yeniliklərə açıq olmalıdır”

S.Yaqubova bildirib ki, bizneslər öz sahələrində dəyişikliklər etməyi bacarmalıdır: “Bunun üçün yeni ideyalar, təkliflər irəli sürməli, daima marketinq satış planında yeniliklər etməlidir. Köhnə sistemlərlə getmək o deməkdir ki, olduğunuz yerdə sayırsınız və bu, hər gün addım-addım geriləməyə səbəb olur. Fikir versək, ən çox tanınan markalar, brendlər nə qədər tanınmasından, müştərlərinin nə qədər olmasından asılı olmayaraq daim yeniliklər edirlər. Günün tələbinə uyğun olaraq, gündəmdə qalmaq üçün yeniliklər vacibdir. Bu yeniliklər məhsulun istifadəsinin asanlığı ola bilər, məhsulun qablaşdırılmasındakı fərqlilik, məhsulun insanda yaratdığı psixoloji təsir və.s ola bilər”.

Kiçik bizneslər böyümək istəyirsə...

S.Yaqubova tanıtımın bizneslər üçün nə qədər vacib olduğunu vurğulayıb: “Kiçik bizneslərin böyüməməsinin bir digər səbəbi odur ki, sadəcə bir tanıtım kanalından istifadə edirlər. Məsələn, yeni biznes qurulur və tanıtım ancaq bir sosial şəbəkə üzərindən aparılır. Lakin kiçik bizneslər tanıtım vasitələrindən xəbərdar olmalı və bununla yanaşı, hədəf kütlələrini təyin etməlidirlər. Böyümək istəyən bir biznes mümkün qədər bütün tanıtım üsullarından istifadə etməyi bilməli, plan qurmalı və tanıtımları üçün imkan daxilində büdcə ayırmalıdır”.

Maliyyə imkanları düzgün dəyərləndirilməlidir

Biznes konsultant deyib ki, kiçik bizneslərin böyüməməsinin bir digər səbəbi maliyyə imkanlarını düzgün dəyərləndirməmələridir: “Hər biznesin müəyyən bir vəsaiti olur və vəsait o zaman böyüyür ki, həmin vəsaiti biznes düzgün dəyərləndirsin və lazımi yerlərə yatırsın. Səhv yatırım edilərsə, yaranan xərclər dayanmayacaq. Mümkün qədər biznesin fəaliyyətə başladığı ilk gündən kiçik xərcləri belə nəzərdən çıxarmadan mütləq şəkildə maliyyə vəsaitini düzgün şəkildə idarə etmək vacibdir”.

“Biznesin uğuru komandadan da keçir”

S.Yaqubova biznesin inkişafında komandanın önəminə toxunub: “Bir biznes böyüyürsə, orada komanda artmağa doğru gedir. Biznesini böyütmək istəyən kiçik bizneslər komanda toplamağı bacarmalı, komandasını formalaşdırmalıdır. Ola bilər ki, komanda böyük olsun, amma  heyəti düzgün yetişdirilməsin və yaxud da düzgün təlimatlandırılmasın. Bu kimi hallarda komanda performansını yaxşı şəkildə göstərə bilməyəcək və təbii ki, bu hal da satışlara mənfi təsir göstərəcək. Çünki işçilərin etdiyi xəta biznesin xətasıdır. Ona görə də biznes sahibi komandasının motivasiyasını artıra bilməli, kollektivdə biznesin inkişafı üçün maraq oyatmalıdır”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan- “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin