BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61100

30 dəqiqə ərzində pizzanızı çatdırmasalar, pizzanın pulsuz olacağını vəd edən bu kampaniya “Domino's”un uğurunda mühüm rol oynayan bir kampaniya oldu. Bəs, bu əfsanəvi kampaniya “Domino's”u pizza sənayesinin zirvəsinə necə daşıdı və hansı nəticələr əldə olundu?

Valyuta.az-ın verdiyi xəbərə görə, bu kampaniya 1960-cı illərdə başlayıb. Bu kampaniya “Domino's”u əvvəlcə ABŞ-ın, sonra isə dünyanın lider pizza şəbəkələrindən biri etdi. O dövrdə insanlar uzun çatdırılma müddətlərindən şikayət edirdilər. “Domino's” bu problemi həll edərək fərq yaratmaq üçün həmin əfsanəvi kampaniyanı həyata keçirdi.

Bunu reallaşdırmaq və sürətli çatdırılma üçün proseslər optimallaşdırıldı, sadələşdirilmiş menyu, praktiki pizza qutuları və səmərəli mətbəx avadanlıqları üzərində işlənərək bir pizzanın ortalama 28 dəqiqəyə çatdırılması mümkün oldu. Bu strategiyanın əsas məqsədi müştəri məmnuniyyəti idi və 30 dəqiqəlik kampaniya sürətin “Domino's”un marka kimliyinə çevrilməsini təmin etdi.

Böyük uğur qazanan bu kampaniya Domino's-un bazar payını 15%-ə qədər artırdı. Lakin bu uğurun acı bir nəticəsi oldu.

Kampaniya sürətə fokuslanmışdı və sifarişləri tez bir zamanda çatdırmağa çalışan kuryerlər üzərində böyük bir təzyiq yaradaraq onları tıxac qaydalarını pozmağa vadar etdi. 1980-ci illərdə, sürətə çatmaq məqsədilə kuryerlər trafik qaydalarını pozmağa başladı və nəticədə yol qəzaları artdı.

Ölümlə və ciddi yaralanmalarla nəticələnən yol qəzaları həm şirkət, həm də qəzaya uğrayanlar üçün böyük faciələrə səbəb oldu və nəticədə böyük bir böhrana çevrildi. Şirkətin 1988-ci ildəki hesabatlarına görə, çatdırılma qəzalalarında 20 nəfər həyatını itirib.

Bu qəzalardan sonra yüzlərlə məhkəmə işləri başladıldı. Bu, kampaniyanın davam etdirilməsinin qeyri-mümkün hala gəlməsinə səbəb oldu. Məhkəmələrdə kampaniyanın kuryerləri və ümumiyyətlə, trafiki təhlükəyə atdığı üçün qəzaların şirkətə aid olduğu iddiası irəli sürüldü. 1993-cü ildə açılan böyük bir dava nəticəsində isə “Domino's” milyonlarla dollar təzminat ödəməyə məcbur oldu.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

"Qərb Ulduzu" məhkəməyə verildi

"Nvidia" böhranı: Süni intellekt kriptovalyutalarında böyük itkilər

"Holcim" gömrük qaydalarını pozub

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-dan Çin və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar

"Coca-Cola" və "Pepsi" uşaqlarda asılılıq yaradırmı? - Məhkəmə iddiası

Azərbaycanda əkilən tütün niyə daxili bazara yox, xarici bazara hesablanıb?

Türkiyədən "Meta"ya 11 milyonluq cərimə

Avropada yeddi süni intellekt fabriki qurulacaq - "Bloomberg"

Avropa Komissiyasının 2025-ci ildə 160 milyard avroluq planı - "Bloomberg"

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Xalq Sığorta" birinci yerdə

"OPEC"in neft bazarında tarazlıq strategiyası

Bu şirkət nizamnamə kapitalını 1000 dəfə azaldır

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin