BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
60648

Son dövrlərdə ayrı-ayrı vətəndaşlar iddia edir ki, onların xəbəri olmadan adlarına şirkət açılıb.

Və buna görə də onların külli miqdarda vergi borcu yaranıb. Bəzilərisə məsələnin artıq məhkəmə predmeti olduğunu deyir.

Belə hallardan sığortalanmaq üçün vətəndaşlar nəyi bilməlidirlər?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas  Şulan Nağıyev deyib ki,  vətəndaşlar ilk növbədə şirnikləndirici vədlərə inanıb, yaxından tanış olmadıqları heç bir sənədə imza atmasınlar:

“Heç kim deyə bilməz ki, baş verənlərdən onun xəbəri olmayıb. Sadəcə vətəndaş lazımı anda ona edilən təklifə loyal yanaşıb, sonrasını düşünməyib. Nəticədə isə birdən-birə “şirkət sahibi” olub”.

Bəs, belə xoşagəlməz hallar hansı hüquqi məsuliyyət yaradır?

“Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir. 

CM-nin 213.1. maddəsinə görə isə xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii ki, vurulmuş ziyanın həcmi artdıqca cəza da müvafiq qaydada ağırlaşır”.

“Bu şəxslər məsuliyyətə cəlb oluna bilməz”

Hüquqşünas onu da qeyd edib ki, CM-nin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır:

“Həmin qərarda qeyd edilib ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun.

Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Son günlər metroda nə baş verir? - Video

ABŞ-nin büdcə kəsirində 64%-lik artım - Hesabat

“Aztelekom”da yeni təyinat

Daşkəsəndə küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin