BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
51847

Bir çox işçilər yay aylarında işləmək istəmirlər. Havaların isti keçməsi ilə əlaqədar onların işə olan həvəslərində azalma, işin keyfiyyətində düşmə halları görülür. İş görmək üçün diqqətlərini toplaya bilmirlər. Həm işçilərin çoxunun məzuniyyət günlərini gözləməsi, həm istirahət planlarının qurulması və s. kimi səbəblərdən gördükləri işin keyfiyyəti düşür. Bəs belə zamanlarda rəhbərlər idarəetmədə nələri nəzərə almalıdırlar? 

Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyir ki, yay aylarında işə həvəsi azalan işçilər olur. Bəzi şirkətlərdə sezon ilə üst-üstə düşdüyü üçün həmin şirkətlərdə bu kimi hallar problem yaratmır: 

“Bəzi şirkətlərdə yay aylarında elə də çox iş olmur. Bu zaman şirkətə də sərf edir ki, sezon zəiflədiyi üçün işçiləri yay aylarında məzuniyyətə göndərsin. Bəzi şirkətlərdə sezon amili olmadığına görə, həmin şirkətlər maksimum çalışırlar ki, işçilərin məzuniyyətini il ərzində bölsünlər. Bütün işçilər yay aylarında məzuniyyətdən istifadə etməsinlər”.

A.Bayramov bildirdi ki, yay aylarında işə gəlsə də, işləmək həvəsi olmayan işçilərlə çalışan zaman hədəfyönümlü yanaşmalar, nəticəyönümlü təşviqlər olmalıdır: “Yəni, işçinin performansını idarə etmək və onların motivasiyasının yaxşı olması üçün çalışmaq lazımdır.

Burada şirkətin üzərinə çox böyük yük düşür. İşçinin performansını nizamlamaq üçün doğru alətlərdən istifadə etmək lazımdır. İşçinin hədəfi olduqdan sonra yay-qış, isti-soyuq olmasının əhəmiyyəti olmayacaq və hədəfinə doğru irəliləyəcək. Bu, yalnız işçinin səlahiyyətinə verilməməlidir. Şirkətdə bunun üçün performans menecmenti, müxtəlif layihələr, hədəflər olmalıdır. 

İşçinin performansı, nəticələri ilə bağlı sıx görüşlər olmalıdır. Bununla nizamlamaq lazımdır ki, işçi nəticəyönümlü olsun və başa düşsün ki, isti aylarda da, performansın formada qalması üçün, əlavə bonuslar almaq üçün yaxşı işləməlidir”. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin