BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
49571

Mühasib, vergi məsləhətçisi İlkin Lələyev Valyuta.az üçün yazır…

Vergi riskləri Vergi Məcəlləsinin 13.2.47-ci maddəsi üzrə vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü anlayışını ifadə edir. 

Belə ki, bu vergi ödəyicisinin səhlənkarlığı, qanunvericiliyin tələbini bilməməsi, əməkdaşların peşə və vəzifəsinə etinasız yanaşması və s. kimi səbəbdən büdcəyə hesablanmalı olan vergini azaltması və ya az hesablanmasına şərait yaradaraq vergi orqanı tərəfdən cərimə olunma və ya maliyyə sanksiyası tətbiq edilmə ilə nəticələnə biləcək halın baş verməsidir. 

Bu risklər vaxtında aşkar edilmədikdə, aşkar edilmiş risklər aradan qaldırılmadıqda, vergi orqanı tərəfindən müəssisədə müvafiq yoxlamalar aparıla, aşkar edilmiş hallarla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görülə bilər. Vaxtında riskləri görmək və ona nəzarət etməklə bizneslər həm qanuni fəaliyyətlərini fasiləsiz davam etdirə, həm də gələcəkdə yarana biləcək əlavə maliyyə itkilərindən uzaq qala bilərlər.

Bizneslərin vergi risklərinə nəyi aid etmək olar?

Bildiyimiz kimi vergi orqanı vergitutma, verginin doğru hesablanıb ödənilməsi üçün müvafiq nəzarət tədbirlərini həyata keçirir ki, bizneslərin də vergi riskləri sırf bu hallarla bağlıdır.

Belə ki, istənilən vergi növü üzrə vergidən yayınma, hesablanmalı vergi məbləğinin azaldılması, ödənilməli vergi məbləğinin vaxtında ödənməməsi, hesabatları doğru təqdim etməmək kimi hallar bizneslərin faktiki vergi risklərini artıran faktorlardır.

Vergi riski yaradan faktorlardan birinə nümunə olaraq hazırda bəzi ictimai iaşə, pərkəndə satış müəssisələrində mövcud olan pul vəsaitlərinin nağdsız qəbul edilməsi üçün “card-to-card” əməliyyatlarından (pos-terminal istifadədən yayınmaqla) istifadəni göstərmək olar. Belə ki, həmin müəssisədə bu əməliyyatla alıcıyla pul hesablaşmalarının aparılması qaydası pozularaq, bilərəkdən vergidən yayınma, nağdsız qəbul edilən vəsaitləri dövriyyədən gizlətmə halı baş verir. Bu halla bağlı vergi orqanının nəzarəti üzrə operativ vergi yoxlaması həmin müəssisədə keçirilərsə, ödəyici təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 1000 manat, təqvim ili ərzində ikinci dəfə yol verdikdə 3000 manat, təqvim ili ərzində üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bəs vergi risklərini necə minimallaşdırmaq olar?

Vergi Məcəlləsinə əsasən, vergi risklərinin minimallaşdırılması dedikdə vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması başa düşülür.

Göründüyü kimi bu yarana biləcək mümkün vergi risklərinin azaldılması və ya aradan qaldırılması anlayışını ifadə edir.

Vergi risklərinin azaldılması üçün isə əvvəlcə müəssisədə mövcud vergi riskləri aşkarlanmalı, müvafiq tədbirlər yalnız bundan sonra görülməlidir.

Şirkətlərin biznes fəaliyyəti zamanı yaranmış risklərinin aşkarlanması üçün vergi auditinin aparılması şərtdir. Vergi auditi zamanı müəyyən period üzrə əvvəlki dövrün əməliyyatları yoxlanılır, qanunvericiliyin tələblərinə uyğun olmayan və vergi yoxlamaları zamanı yarana biləcək maliyyə sanksiyası və ya cərimə tətbiq edilə biləcək hallar aşkar edildikdə qiymətləndirilərək müvafiq audit rəyi verilir. Bundan sonra aşkar olunmuş vergi risklərinin aradan qaldırılması üçün işlər aparıla bilər. 

Ümumiyyətlə, vergi riskinin yaranmaması üçün şirkət təsisçiləri və ya rəhbəri biznesin qurulması mərhələsində qanunvericiliyin tələblərini nəzərə almalıdır. 

Əgər müəssisə fəaliyyətə başlamazdan əvvəl qanunvericiliyin tələbləri müəyyən edilib, şirkətin təsərrüfat əməliyyatlarına tətbiq edilərsə, müəssisə biznes fəaliyyətini vergi riski olmadan davam etdirə bilər. Davam edən fəaliyyət üçün isə bu istiqamətdə dövri nəzarət şərtdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin