BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44292

Hazırda Azərbaycanda da günbəgün “Coffee Shop”ların sayı artmaqdadır. Dünya markası olan belə restoranların da ölkəmizdə filialları açılır. İstər yerində içmək, istərsə də ayaqüstü içki kimi kofelər gündəlik qida rasionumuza daxil olub. 

Hətta bəzilərimiz həyatımızı kofesiz təsəvvür edə, günümüzü isə kofesiz başlaya bilmirik.  Mütəxəssislər isə kofe içməyin alışqanlıq yaratdığını və insan orqanizmi üçün ziyanlı olduğunu bildirir. 

Azərbaycanda “Coffee Shop”ların sayının artması dövrün tələbidir, yoxsa bizdə də artıq insanlar kofeləri qida rasionlarının ayrılmaz hissəsi hesab edir? Kofe seçərkən nələrə diqqət edək? Həqiqətənmi kofe insan orqanizmi üçün ziyanlıdır?

Valyuta.az bu sualları qida mütəxəssisi Ağa Salamovla müzakirə edib.

Ağa Salamov deyib ki, kofeni bir mədəniyyət kimi Azərbaycanda formalaşdırmaq lazımdır. Nəzərə almalıyıq ki, hazırda dünya qloballaşır və müxtəlif ölkələrdən də Azərbaycana turistlər gəlir. Ona görə də belə yerlərin açılması normaldır:

“Kofe mədəniyyəti, “Coffee Shop”lar bütün dünyada var, Azərbaycanda da olmağı böyük qlobal məsələ deyil. Nəzərə alsaq ki, qarşıdan da COP29 gəlir və Azərbaycan 80 mindən artıq turisti qəbul edəcək. Onların içərisində inkişaf etmiş ölkələrdən gələn şəxslər də olacaq. Doğrudur, ilk olaraq turistlərin tələbatı milli mətbəximizə, müxtəlif çeşidli yeməklərə yönəlməlidir. Çünki 82 faiz turist getdiyi yeri yadında yediyi yeməyə görə saxlayır. Amma buna baxmayaraq “Coffee Shop”larında olması zəruridir. Çünki onların şəhəri gəzərkən kofe içə biləcəkləri yerlər olmalıdır. Yəni, belə yerlərin olması təqdirə layiqdir”. 

Qida mütəxəssisinin sözlərinə görə, belə yerlərdə istifadə edilən kofelərin təmiz olub-olmaması sual doğurur: “Yəni, bu kofelər üyüdülmüşdür, yoxsa toz kofelərdir,  bu önəmlidir. İndi ən keyfiyyətli kofe üyüdülmüş və təzə kofelərdi. Çox vaxt görürük ki, bu “Coffee Shop”larda doğru bildikləri yalnışlıqlarla keyfiyyətsiz məhsulu insanlara satmış olur.  “Coffee Shop”larda isə yalnışlıqlar var. Onlar birdən-birə bir kilo və daha çox kofeni üyüdərək saxlayırlar. Bu isə düzgün deyil. Çünki kofe yerində üyüdülməlidir. İndiki aparatlarda kofeni yerindəcə üyüdüb, kofe hazırlayıb müştəriyə təqdim etmək lazımdır. Bu zaman müştəri o kofenin ləzzətini, dadını, ətrini hiss edə bilər. Kofe içmək sağlıq üçün zərərli deyil, hər bir qida kimi artıq istifadə ediləndə ziyanı ola bilər”.

Ağa Salamov “Coffee Shop”larda müştəriyə təqdim olunan şirniyyatlardanda danışarkən deyib ki, onlar stokda qalarkən köhnəlir, kif atır:

 “Bu cür məhsullardan da qida zəhərlənməsi baş verə bilir. Ona görə də belə yerlərdə buna da nəzarət olunmalıdır ki, həmin şirniyyatlar da gündəlik tələbata uyğun olsun. Şirniyyatların təzəliyi qorunmalıdır ki, qida zəhərlənməsi baş verməsin. Kiflənmiş hansısa bir şirniyyatda, tortda stafilikokk bakteriyası əmələ gəlir. Bu bakteriya da patogen bakteriya sayılır və qida zəhərlənməsində böyük rol oynayır. Ona gərə də burda satılan şirniyyatların təzə olması da mütləq və zəruridir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin