BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44183

Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana 10 milyon avro həcmində kredit xətti ayırıb. Kredit xətti Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq təşəbbüsü (MSME) çərçivəsində ayrılıb. Qeyd edilib ki, layihə kiçik maliyyə vasitəçilərinə hazırda maliyyəyə çıxışda çətinlik çəkən mikro, kiçik və orta müəssisələrə bu resursu təmin edəcək. 

Azərbaycanda hansı sahibkarlıq sahələrinin inkişaf üçün ayrılan bu kreditə ehtiyacı var?

Valyuta.az-ın suallarına cavab verən iqtisadçı Fuad İbrahimov qeyd edib ki, istiqamətindən asılı olmayaraq maliyyələrin ayrılmaları daha çox regionlara yönəlməlidir:

“Məsələn, bir fermer öz əkib-becərdiyi məhsulu emal vəziyyətinə gətirə bilməlidir. Belə olarsa, regionlarda dayanaqlıq yaranar. Ümumiyyətlə, mikro sahibkarlıq anlamı genişdir. İstənilən fəaliyyətin kiçik həcmi mikro sahibkarlıq adlanır.

Biznes isə zəncirvari bir-birini qidalandırır. Ona görə regionlara daha çox diqqət yetirilməlidir. Belə layihələrin regionlarda olması bizim siyasi, strateji və iqtisadi maraqlarımıza cavab verir”. 

Ayrılan kreditlərin bölünməsi, bu sahədə baş verə biləcək neqativ hallar haqqında da danışan iqtisadçı bildirib ki, Azərbaycanda İqtisadiyyat Nazirliyinin nəzdində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarandıqdan sonra bu işlər müsbət dinamika ilə inkişaf etdi:

“Kifayət qədər mikro və orta sahibkarların müraciətləri əsasında maraqlarına xidmət edən istiqamətdə bu işlər həyata keçirilir. Bu gün orta və kiçik sahibkarlıq nümayəndəsi qaydalara uyğun Agentliyə müraciət etmək iqtidarındadırsa, əlbəttə bu kreditlər onlar üçün əlçatan olacaq. Bununla yanaşı, Agentlik yanında kifayət qədər regionlara səfər edən güclü komanda da fəaliyyət göstərir. Bu komanda da regionlarda maarifləndirmə işləri aparır. 

Digər bir məsələ isə beynəlxq valyuta ayıran təşkilatın özünün də bazar araşdırması aparmasıdır. Onlar da ayırdığı vəsaiti kortəbii şəkildə vermir. Ayırdıqların vəsaitin doğru ünvana çatması ilə bağlı araşdırma aparırlar. Bu baxımdan belə kreditlər ayrılan zaman hansısa ciddi problem, neqativ yarana bilməz”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin