BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42890

Azerconnect şirkəti növbəti dəfə nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət seçilib.

Şirkət 2024-cü ildə yenidən bu sertifikata layiq görülməklə fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, eləcə də öz əməkdaşları üçün layiqli iş şəraiti təmin etməyə sadiqliyini nümayiş etdirib.

Azerconnect şirkəti “Top Employer Institute” tərəfindən iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirilib və mükafata layiq görülüb.

“Ardıcıl ikinci ildir ki, bu nüfuzlu mükafata layiq görülməkdən qürur duyuruq. Ən qabaqcıl insan kapitalı təcrübələrini fəaliyyətimizə inteqrasiya etməklə biz şirkətimizdə mükəmməlliyi təşviq etməyə davam edirik”, - deyə Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov bildirib.

“İşçilərin rifahına, peşəkar inkişafına, inklüzivliyinə önəm verən iş yeri mədəniyyətinin yaradılmasına istiqamətlənən töhfələrimizin nəticəsi olaraq şirkətimizin “Top Employer Institute” tərəfindən yenidən Azərbaycanın ən yaxşı işəgötürəni olaraq seçilməsinin şahidi olduğum üçün çox sevinirəm. Azerconnect şirkətinin ruhlandırıcı iş yeri kimi inkişaf etdirilməsi, hər bir əməkdaşın karyera inkişafı və rifahının yüksəldilməsinə həsr olunmuş ən yaxşı layihələrin və fəaliyyətlərin beynəlxalq dəyərlərə uyğun qiymətləndirilməsi qürurverici haldır”, -  deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.

“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. Ən yaxşı işəgötürənlər hər zaman sübut edib ki, onlar işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olmasına sadiqdirlər. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz builki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə “Top Employer Institute”nin Baş direktoru David Plink qeyd edib.

“Top Employer Institute” 2024-cü il üzrə 122 ölkədə/regionda 2300 təşkilatı sertifikatlaşdırıb. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.

Azerconnect şirkəti NEQSOL Holding-in tərkibinə daxildir. NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12 000-dən çox işçi heyətinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin