BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41567

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib ki, hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur. Doğrudur, bu sahədə mütəxəssis sayı ölkəmizdə azdır, bu sahə ilə məşğul olan şəxslərin çoxu xaricdə işlərinə davam edirlər. Həm dünyada, həm də ölkəmizdə bu sahəyə ehtiyac günü-gündən artır. Azərbaycanda kibertəhlükəsizlik mütəxəssislərinin az olması nə ilə əlaqədardır? Gələcəkdə bu sahədə kadr çatışmazlığının nə kimi təsiri və ya fəsadları ola bilər?

Bu barədə Valyuta.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, kibertəhlükəsizlik sahəsində ölkəmizdə mütəxəssis çatışmazlığının bir sıra obyektiv və subyektiv səbəbləri var:

“Birincisi, kibertəhlükəsizlik digər ixtisas istiqamətlərinə nəzərən daha yeni sahədir və bu sahədə kadr hazırlığı xaricdə daha erkən başlasa da, bizdə bu proseslər gec başlayıb. Buna görə də bizdə indi-indi bu işlər formalaşdırılır və təhsil müəssisələrində artıq kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanmasına başlanılıb. Amma bu vaxta qədər bu sahəyə həm maraq az olub, həm ixtisaslar açılmayıb və s. buna görə də xaricə nisbətən Azərbaycanda bu sahə üzrə mütəxəssislər azlıq təşkil edir”.

Mütəxəssis bunun əsas səbəblərindən birinin də “beyin köçü” olduğunu vurğulayıb:

“Son dövrlərdə həm kibertəhlükəsizlik, həm də digər İT sahələri üzrə xarici ölkəyə köçənlərin sayı kifayət qədər çoxdur. Bunun müəyyən şəxsi və sosial səbəbləri var. Həmin səbəblərə görə mütəxəssislər xaricə meyil edirlər. Amerika Birləşmiş Ştatlarında və Avropa ölkələrində əməkhaqqının nisbətən yüksək olması və ya iş mühitinin daha fərqli olması buna səbəb kimi göstərilə bilər. Azərbaycanda iş mühiti nisbətən konservativdir, yəni, burada oturuşmuş sistem və ənənələr var. Amma xaricdə iş sistemi, iş mühiti nisbətən sərbəstdir, liberaldır. Həmin ölkələrdə iş saatından tutmuş digər məsələlərə kimi mütəxəssisə daha çox azadlıq verilir. Bu da fərqli məsələdir ki, insanlar ürəklərincə olan mühiti seçməyə daha meyilli olurlar”.

“Bu sahədə kadr çatışmazlığı məsələsi artıq dövlət səviyyəsində də qeyd edilir. Buna uyğun olaraq bir sıra proqramlar icra olunur. Bura həm xaricdən mütəxəssislərin cəlb olunması, həm yerli təhsil müəsisələrində kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanması, həm də xaricdə çalışan həmyerlilərimizin geriyə qayıtması ilə bağlı məsələlər diqqətdə saxlanılır”- deyə, o, qeyd edib.

F.Mirəliyev rəqəmsallaşma mühitinin genişlənməsi bu sahəni daha diqqətdə saxladığından da bəhs edib:

“Azərbaycanda elektron hökumətin inkişafı ilə bərabər, əhaliyə göstərilən elektron xidmətlərin sayının artırılması, ümumiyyətlə, rəqəmsallaşma mühitinin genişlənməsi kibertəhlükəsizlik məsələsini də ön plana çəkir. Artıq bizim ölkədə də kritik infrastruktur deyilən bir arxitektura şəbəkələr formalaşır. Bunun üçün isə mütləq şəkildə ixtisaslı kadrlar tələb olunur. Kibertəhlükəsizlik üzrə mütəxəssislər hazırlanmalı və həmin sahələrdə işə cəlb olunmalıdır. Bu olmazsa, çox böyük fəsadlara yol aça bilər, xüsusilə də kritik infrastrukturda kibertəhlükəsizlik üzrə mütəxəssislərin olmaması və ya ixisaslı kadrların kifayət qədər olmaması sonda çox acı nəticələrə gətirib çıxara bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin