BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
41365

Biznesi qlobala çıxarmaq üçün müxtəlif yollar var. Bu, hər ölkə üçün fərqlidir. Dünyada qloballaşan bizneslərin əksəriyyətinin ortaq strategiyası var. Bəs Azərbaycanda fəaliyyət göstərən bir biznes qlobal bazara necə çıxa bilər bunün üçün hansı strategiyalardan istifadə etmək olar?

Bu barədə Valyuta.az-a danışan biznes konsultant Solmaz Yaqubova bildirib ki, burada ilk önəmli məsələ biznesin vizyonunun nə qədər böyük olmasıdır: “Qlobala çıxmaq istəyən biznesin bir vizyonu olmalıdır. Vizyon uzunmüddətli gələcəyi təsəvvür etmək, gələcəklə bağlı planlar qurmaqla bağlıdır. Şirkətlərin missiyaları olduğu kimi onların vizyonları da var. Şirkətlərin çatmaq istədikləri məqsəd onların vizyonudur. Vizyonu nə qədər böyük olarsa, bir biznesin qolaballaşma ehtimalı da o qədər də çox olar. Biznes qloballaşmaq istəyirsə, ən başdan biznes planını qurarkən qurduğu biznesin qlobala çıxma ehtimalını müəyyənləşdirməlidir. Məsələn, onun Azərbaycan daxilində hazırladığı və satdığı məhsula xarici ölkələrdə ehtiyac varmı və ya xaricdə göstərdiyi xidməti, ya da satığı məhsulu alacaq şəxslər varmı deyə planlamalar qurmaq lazımdır”.

Biznes konsultant hər hansı biznesi qlobala çıxarmaq üçün iki yol olduğundan bəhs edib:
“Birincisi, siz özünüz müəyyən müddətdə biznesi çıxarmaq istədiyiniz ölkədə yaşayasız və onların əhalisini, biznes mühitini, alıcıları və s. tanıyasınız. İkinci yol odur ki, siz biznesinizi genişləndirmək istədiyiniz ölkədə özünüzün güvənli, həmin ölkənin təlabatlarını bilən adamınızı  sizin təmsilçiniz kimi ora təyin etmək və biznesi onun üzərindən böyütmək. Birinci yol daha effektlidir, ikinci versiya isə birinciyə nisbətən daha risklidir”.

S.Yaqubova biznesi qlobala çıxarmağın başqa üsullarından da danışıb: “Həmin ölkənin marketoloqlarından istifadə etmək daha effektli ola bilər. Bəzən Azərbaycanda fəaliyyət göstərən bir şirkət xarici marketoloqlarla işləyir, bu, heç də düzgün strategiya deyil. Bunun əvəzinə xaricdə təhsil almış azərbaycanlı marketoloqları cəlb etmək olar”.

Konsultant qlobala çıxmaq istədiyiniz ölkənin dilini, mühitini, əhalinin psixologiyasını öyrənmək lazım olduğunu vurğulayıb.

“Məsələn, siz Azərbaycanda bir sayt yaratmısınız və bunu qlobala çıxarmaq istəyirsizsə, siz artıq xarici ölkələrinin datalarına çıxış etməyə başlamalısınız və onların datalarını toplamalısız. Hazırda fəaliyyət göstərən saytın dilini həmin ölkənin dilinə uyğun olaraq dəyişmək lazımdır. Xarici ölkələrlə əlaqə qurmaq, xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etmək, şirkəti tanıtmaq, xaricdə özünüzə distributor tapmaq lazımdır ki, yavaş-yavaş sizin biznes xaricə çıxaraq qloballaşa bilsin” - deyə, o, qeyd edib.

“Dünyada qloballaşan bizneslərin əsas strategiyası onun şəbəkələşə bilməsidir. Böyük şirkətlər qlobala şəbəkələşmə vasitəsilə çıxa bilir. Bu həm ənənəvi, həm də onlayn bizneslər üçün də keçərlidir. Ümumi ortaq dillərdə fəaliyyət göstərən bir platforma yaratmaq olar. Həmin platformada fərqli ölkələrdən insanlar öz məlumatlarını daxil edir və bütün dünyanı bir platformada şəbəkə halında birləşdirir” - Solmaz Yaqubova əlavə edib.

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin