BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40145

Biznes quran zaman bəzi şəxslər tək başlamağın uğursuz nəticələndiyini düşünsə də, bəziləri isə şərikli biznes qurulmamasının tərəfdarıdır. Təbii ki hər kəsin öz yanaşması ola bilər, amma maraqlıdır, ümumi biznes dünyası olaraq yanaşsaq, şərikli biznes quraqmı?

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a bildirdi ki, ehtiyac olmadığı müddətdə şərikli iş görülməsə yaxşıdır: “Şərikli biznes iki və daha çox şəxsin birlikdə qurduğu və yaxud idarə etdiyi biznesə deyilir. Günümüzdə insanlar işlərini asanlaşdırmaq və ya bunun kimi bir neçə məqsədlər üçün şərikli bizneslərə üz tuturlar. Düşünürəm ki, əgər şərikli iş qurulursa, tərəflərin bir-birinə hər hansısa mövzuda ehtiyacı olmalıdır. Bu ehtiyac ideya, məlumat və ya maddiyyat ola bilər. Bu zaman ortaq olaraq biznes qurmaq olar”.

S.Yaqubovanın sözlərinə görə, şərikli biznes quran zaman öncədən hazırlıqlı olmalı olduğumuz məqamlar var: “İlk olaraq ortağımızı yaxından tanımalıyıq. Onların həyat tərzi, yaşı, yaşam stili, düşüncə tərzi, iş həyatındakı aktivliyi barəsində müəyyən qədər tanışlığımız olmalıdır. Hər hansı şərikli işə başlamazdan öncə, mütləq şəkildə kimin hansı işi görəcəyi dəqiq şəkildə müəyyənləşdirilməlidir. Biznesdəki ortağların rolunun nədən ibarət olması, görəcəkləri vəzifələr və s. dəqiqləşdirilməlidir”.

Solmaz Yaqubova biznes ortağımızda hansı parametrlərin olması haqqında da danışdı: “Biznes otağımızı seçərkən bizdə əksik olan tərəflərin onda olmasına və bir-birimizi tamamlayaraq hərəkət edilməsinə diqqət etmək lazımdır. Digər bir nüans da şəriklər arasında olan anlayış və empatiyaya diqqət yetirmək lazımdır ki, gələcəkdə ortaqlar arasında hər hansı mübahisə olmasın. Şərikli biznes qurduqda son qərarın kimin verməsini təyin etmək lazımdır. Çünki iki şəxsin hər zaman eyni fikirə gəlməsi bir növ qeyri-mümkündür. Buna görə də ortaqlı işdə şəriklərin sayından asılı olmayaraq, mütləq son qərarı verən bir şəxs təyin edilməlidir. Bu şəxs daha çox idarəçilik bacarığına sahib olmalı, hər kəsi yaxşı tanıyan və yönləndirə bilən bir şəxs olmalıdır”.

Biznes konsultantı şərikli biznesin müsbət cəhətlərini də qeyd etdi: “Əsas müsbət cəhətlərdən biri şəriklərin bir-birini tamamlamasıdır. Digər tərəfdən, ideyası olan şəxsin maliyyə problemləri olarsa, ona maddi dəstək olacaq bir şəxs taparaq öz imkanlarını birləşdirərək ortaya yaxşı bir iş çıxarmaq olar. Biznes qurarkən sizin görmədiyiniz mənfi tərəfləri, neqativ nüansları görəcək başqa bir gözə ehtiyac olur. Bu kimi müsbət tərəfləri var”.

S.Yaqubova müsbət tərəflərlə yanaşı, şərikli biznesin mənfi tərəfləri olduğunu da dedi: “Hər zaman nəzərə almaq lazımdır ki, nə vaxtsa bu şəriklik bitə bilər. Ona görə də ehtiyat plan olmalıdır ki, nə vaxtsa tərəflərdən biri ayrılmaq istəsə, o zaman şərtlər necə olacaq, kimə nə qədər hissə düşəcək və s. Bu haqda mütləq rəsmi müqavilə imzalanması lazımdır. Bu hər iki tərəfin rahatlığına gətirib çıxarır və şəriklərdən biri ayrılarsa, vəziyyət necə olar deyə heç bir tərəf narahat olmayacaq”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin