BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
38385

İnsan resursları mütəxəssisi Aygün Hüseyn yazır.

Bəzi İnsan resursları nümayəndələri elə bilir ki, onların işi sadəcə vakansiyanı bağlamaq xətrinə namizədləri tapmaq və sənədləşmə işlərini tamamlamaqdan ibarətdir. 

Bəs peşəkar İR nümayəndəsinin hansı bacarıqları olmalıdır? Aşağıda hər bir bacarıq haqqında yazmışam. Həmçinin həmin bacarıqların sizdə olub-olmadığını müəyyənləşdirə bilməyiniz üçün suallar da qeyd etmişəm. Oxuduqca, özünüzü nə dərəcədə peşəkar İR nümayəndəsi olduğunuzu müəyyən etməyə çalışın:

1. Strateji düşüncə - Şirkətin biznes məqsədlərinə uyğun kadr strategiyasını yaratmağı öyrənməlisiniz. İşə cəlb edərkən, onları işə qəbul edərkən, vəzifə dəyişikliyi, hətta xitam edərkən hansısa strategiyaya maliksiniz? Etdiklərinizin məntiqi əsası varmı? Həmin məntiq sizdən başqa da kim üçünsə məntiqlidir? 

2. Texnoloji məlumatlılıq - Hər kəs bilir ki, innovasiya və texnologiya biznesi irəli aparan əsas vasitələrdəndir. Bu səbəbdən İR sahəsində ən son tendensiyalarla tanış olmalısınız. İR sahəsinə aid hansı yeni tendesiyalardan məlumatlısınız? Hansını işinizdə davamlı olaraq tətbiq edirsiniz? Ən son əldə etdiyiniz məlumatın yenilənmiş versiyası varmı? 

3. Liderlik keyfiyyətləri - İR nümayəndəsi, sadəcə vakansiyanı bağlamaq məqsədi ilə şəxsləri işə cəlb edən əməkdaş deyil, o, şirkət siyasətinə uyğun ən uğurlu komandanı quran bir liderdir. İR-da mövcud prosesləri nə dərəcədə uğurla idarə edə bilirsiniz, yoxsa özünüz idarə edilirsiniz? 

4. Sosial bacarıqlar - Müxtəlif xarakterdə olan şəxslərlə uyğun tərzdə ünsiyyət qurmaq, onların "dilini" bilmək üçün psixologiyanın ən azı baza məlumatları ilə məlumatlı olmalısınız. Emosional zəkanın 4 mərhələsini tamamlaya bilmisinizmi? Empatiya ilə aranız necədir?

5. Texniki biliklər - İR nümayəndəsi başlanğıc olaraq əmək məcəlləsi və kadr kargüzarlığı üzrə məlumatlı olmalıdır. Daha sonra İR-nın müasir qolları üzrə müəyyən biliklərə yiyələnərək, təcrübədə düzgün şəkildə tətbiq etməlidir. Çalışdığınız yerdə İR aid hansı texniki biliklərə maliksiniz? Etdikləriniz nə dərəcədə nəzəridir? Praktik biliyiniz öz təcrübənizə əsaslanır, ya kimdənsə eşitdiklərinizdir?

Yuxarıdakı suallara cavab axtarmağa çalışın. Cavabınız müsbətdirsə, hər bir punktu dolğun şəkildə tamamlaya bilməyiniz üçün əsaslı deyəcəkləriniz varsa, sizi təbrik edirəm. Yox, cavabınız mənfidirsə, bütün suallara cavab olaraq sizin üçün ən rahat yolları seçmisinizsə, guman ki, hazırda kor-koranə avtonom rejimdə çalışırsınız. Belə ki, bu rejimdə işləyən İR nümayəndələri problemi heç bir şəkildə özündə deyil daha çox ətrafda axtarmağa çalışırlar. Bu şəxslərin daima gileylənmək, kimisə günahlandırmaq, öz uğursuzluğunun acığını çıxmaq kimi keyfiyyətləri əsas xarakterik əlamətləridir.Amma narahat olmayın, bu son deyil. Siz hər an üzərinizdə işləyərək dəyişə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin