
İngiltərədə azərbaycanlı iş adamlarının 1-ci forumu keçirilib
Böyük Britaniyada yaşayan və müxtəlif sahələr üzrə ixtisaslaşmış azərbaycanlı mütəxəssislərin və iş adamlarının 1-ci forumu keçirilib.
Valyuta.az-ın xəbərinə görə, forumda turizm, logistika, hüquq, informasiya texnologiyaları (IT), təhsil, incəsənət, maliyyə və digər sahələr üzrə Birləşmiş Krallıqda çalışan azərbaycanlı mütəxəssislər və iş adamları iştirak edib.
Çıxış edənlər Birləşmiş Krallıqda biznes imkanları, mövcud çətinliklər və onların həlli yolları, ölkəmizin biznes və investisiya potensialının Birləşmiş Krallıqda təqdim edilməsi, iki ölkə arasında potensial əməkdaşlıq sahələrinə dair fikirlərini bölüşüblər.
Tədbir zamanı həmçinin səfirliyin konsulluq xidmətləri və səfirlik tərəfindən elektron növbə portalının istifadəyə verilməsi barədə məlumat verilib. Bununla yanaşı, “ASAN Viza” rəsmi elektron viza portalının istifadəyə verilməsinin ölkəmizin turizm sektoruna verdiyi töhfə və turistlərin Azərbaycana cəlb edilməsinin vacibliyi barədə söhbət açılıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay