BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
37657

Sosial sahibkarlıq biznesin bir qolu hesab olunur, amma digər biznes növlərindən fərqlənir. Dünyada sosial sahibkarlıq geniş yayılıb. Azərbaycanda da müəyyən sosial bizneslər var ancaq hələ ki geniş yayılmayıb. Ölkəmizdə sosial sahibkarlıq, bu sahibkarlıq növünün mahiyyəti ilə bağlı məlumatlılıq azdır.

Bəs sosial sahibkarlıq nədir və buna niyə ehtiyac var?


İqtisadçı Samir Əliyev Valyuta.az-a açıqlamasında bildirdi ki, sosial sahibkarlığın məqsədləri digər bizneslərdən fərqlidir: 

“Biznesin əsas məqsədi - istənilən addımı, strategiyası, hədəfi gəlir götürməkdir. Bütün fəaliyyətlər buna uyğun qurulur. Burada sosial amillər ya nəzərə alınmır, ya da 2-ci dərəcəli hesab olunur. Bu da sosial baxımdan köməyə, yardıma bilik və bacarığının artırılmasına ehtiyacı olan insanların kənarda qalmasına gətirib çıxarır. Sosial sahibkarlıq isə biznesin bir qolu sayılsa da, əsas məqsədi heç də gəlir, mənfəət götürmək deyil. Onun məqsədi sosial, ekoloji baxımdan cəmiyyətə fayda verməkdir. Gəlir götürmək onun məqsədi yox, sadəcə vasitədir. Yəni gəliri ona görə götürür ki, öz qarşısına qoyduğu sosial, iqtisadi, ekoloji məqsədinə çatsın”.

Samir Əliyev sosial sahibkarlığın məqsəd olaraq seçdiyi istiqamətlərdən də danışdı: 
“Sosial sahibkarlığın hədəfləri sosial baxımdan həssas qruplar, pensiyaçılar, əlillər, işsiz qadınlara yardım etmək və s. kimi mövzular olur. Bundan başqa, bilik və bacarığı olan insanların inkişafına yönəlik addımlar atıla bilər. Sosial sahibkarlığın hədəfləri həm sosial subyektlərdir, həm də ekoloji problemlərin aradan qaldırılması ola bilər. Yəni burada təbiətin qorunması, tullantıların təmizlənməsi, iqlim dəyişikliyi ilə bağlı bir sıra təşəbbüslər ola bilər. Bütün bunlar sosial sahibkarlığın əsas hədəfləridir”. 

İqtisadçının sözlərinə görə, bir sıra hallarda insanlar sosial sahibkarlığın əlilliyi olan şəxslərə dəstək verilməsi, onların işlə təmin olunmasına yönəlik bir sahə olduğunu düşünürlər: "Bu yanaşma düzgün deyil. Sosial sahibkarlıq həm də əlillərin işlə təmin olunmasına yönəlikdir, amma təkcə əlillərə aid deyil. Bu kimi yanaşmanın olması göstərir ki, ölkəmizdə bu istiqamətdə məlumatlılıq azdır".

Samir Əliyev deyir ki, sosial sahibkarlıq məcburi köçkünlərin öz torpaqlarına qayıdışı zamanı onları işlə təmin etməyə təşəbbüs göstərə bilər:

“Sosial sahibkarlığın hədəfləri həmçinin keçmiş məcburi köçkünlər ola bilər. Çünki sosial sahibkarlıq həm də yeni iş yerlərinin yaradılması deməkdir. Bu isə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Əgər qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmasını təmin ediriksə, dəstəkləyiriksə, burada ilk növbədə onların işlə təmin olunması çox vacibdir. Çünki iş olmadan insanların orada yaşaması çox çətin olacaq. Əgər iş yeri olmayacaqsa, insanlar orada çox qala bilməyəcəklər. Məcbur olub paytaxta axın edəcəklər. ona görə də, həmin ərazilərdə sosial sahibkarlığı inkişaf etdirmək vacibdir. Bu baxımdan sosial sahibkarlığa Azərbaycanda çox böyük ehtiyac var”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin