BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
37274

Nar məhsulu qeyri-neft məhsullarının ixracında önəmli yerə sahibdir. Son illər Azərbaycanın nar ixracında artım qeydə alınır.

Belə ki, 2023-cü ilin ilk 10 ayında Azərbaycan 17 min 578 ton nar ixrac edib. Bu həcmdə nar ixracından ölkəyə 20 milyon 301 min ABŞ dollar vəsait daxil olub. Bu, həcm baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Dəyər baxımından isə 8 milyon 763 ABŞ dolları çoxdur.  Qeyd edilir ki, Azərbaycan nar ixracından ildə 150-200 milyon ABŞ dolları gəlir əldə edə bilər.

Bəs nar istehsalı üçün nə qədər vəsait lazımdır? Nar istehsalında əsas şərtlər nədir?

Bu barədə Valyuta.aza Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov məlumat verib. 

Bir hektarın xərci - 1000 manat 

O vurğulayıb ki, narçılıq təsərrüfatları salınmasında bir tingin qiyməti Mil-Muğan, Aran regionunda təqribən 2-3 manat  civarında təşkil edir: “İntensiv bağ salanda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Subsidiya Şurası təsərrüfatların salınmasına 3 min manat subsidiya verir. Növbəti 4 il ərzində isə təqribən 750 manat subsidiya verilir. Bağlarda aqrotexniki qulluq, dərman, gübrə, pestisid, budama, sulama digər istilik xərcləri ilə narçılıq təsərrüfatlarının birinci ilinə bir hektara düşən xərc bir sahibkar üçün təqribən 1000 manat təşkil edir. Bu, üç il ərzində bu templə davam edir, 3 ildən sonra isə narın meyvəyə düşən zamanında bir hektara düşən xərc təqribən 2500-3500 manat arasında dəyişir”.

“Rusiya bazarı üçün nar yetişdirəndə 1 hektar sahədə xərc 2500-3500 manat arası, Avropa bazarları üçün 4-5 min arası ola bilir”

F.Qaraşov deyib ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac edilir: “Hər bazarın öz tələbləri var. Azərbaycanda fermerlər əsasən Rusiya bazarlarının idxal tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər”.

“Avropa bazarlarında daha sərt idxal tələbləri var. Belə ki, Avropa bazarlarına idxal tələbləri bəzi sertifikatlar üzərindən aparılır. Həmin sertifikatlardan biri “GLOBAL GAP”dir. “GLOBAL GAP” sertifikatı, Avropa Birliyi (AB) ölkələrinə təzə meyvə və tərəvəz ixracının şərtidir, AB pərakəndə satış istehlakçıları üçün məhsul təhlükəsizliyi zəmanətidir. İstehlakçılar, rəfdən aldıqları hər hansı qidanın, qida gigiyenası üçün bir risk yaratmadığına və ətraf mühitə uyğun tətbiqlər vasitəsilə istehsal olunduğuna dair bir öhdəliyə sahib olmaq istəyirlər. Bu sertifikatın tələb etdiyi bir qrafik var. Həmin qrafikdə isə qadağan edilmiş, dərman və gübrələr var və bu gübrələr qətiyyən istifadə edilməməlidir. Onların tələb etdiyi dərmanlar əsasən Avropa istehsalı olan dərmanlardır. Avropa istehsallı dərmanların ölkəyə idxalında baha başa gəlir və narçılıqda  fermerin bir hektara düşən xərci təqribən 4 min manatdan çox ola bilir”, -deyə o qeyd edib. 

Assosiasiya rəhbəri deyib ki, Rusiya bazarı üçün nar yetişdirəndə 1 hektar sahədə xərc 2500-3500 manat arası, Avropa bazarları üçün 4-5 min arası ola bilir. O bildirib ki, Rusiya bazarlarında Azərbaycan narına yüksək tələb qoyularsa, ölkədə bir sıra təsərrüfatlar bağlanmaq təhlükəsi ilə üzləşəcələr: “Çünki beynəlxalq normanın tələblərinə uyğun məhsul istehsal etmək üçün fermerlər genişmiqyaslı işlər həyata keçirməlidirlər”.

Hektara 2 500 manat gəlir

“Fermer təsərrüfatdan 3 il sonra gəlir əldə etməyə başlayır. 5-ci ilindən sonra isə artıq təsərrüfatdan maksimal məhsuldarlıq əldə etmək  mümkündür. Digər sektorlardan fərqli olaraq kənd təsərrüfatı sahəsində investisiyanın qayıdışı bir az uzun müddət tələb edir. Ona görə də dövlət tərəfindən fermerlər üçün subsidiyalar təqdim edilir. Burada meyvənin yetişdirilməsinə, saxlanılmasına xüsusi diqqət ayrılmalıdır”, o deyib. 

F.Qaraşov, 1 hektar nar bağından əldə edilən gəlir məsələsinə toxunub: “1 hektardan təxminən 9 000 kq nar əldə edilir. Hazırkı qiymətlərlə götürsək, ortalama gəlir 4 950 manat təşkil edir. 1 hektara çəkilən ortalama xərc 2 500 manatdır. Beləliklə 1 hektardan xalis mənfəət, xalis gəlir təqribən  2 500 manat təşkil edir”.

O əlavə edib ki, ixrac coğrafiyamız böyük deyil, bu istiqamətdə iş aparılır: “Sərgi, digər mexanizmlərdən, ixrac missiyalarından yararlanırıq”. 

“Digər məqam isə fermerlərin xarici bazarlarda baş verənlərlə bağlı məlumatlarının az olmasıdır: “Fermerlərə daimi olaraq maarifləndirici tədbirlər həyata keçiririk. Narçılıq dəyər zəncirində üstün keyfiyyətlərin əldə edilməsi istiqamətində davamlı seminarlar keçirilir. Bununla yanaşı, ixracatçılar fermerlərdən məhsulları alırlar, fermerlər bir o qədər inkişafda maraqlı deyillər. Bu sahədə kooperativləşmə vacibdir”, F.Qaraşov deyib. 

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Bu evlərə “kupça” verilməyəcək

Avro, rubl və lirə manat qarşısında bahalaşdı - Məzənnə

İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı (VİDEO)

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

Azərbaycan neftinin qiyməti bahalaşıb

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

Məşhur fransız avtomobili yeni formatda buraxılacaq - FOTO

Bu gün bu ərazilərdə qaz olmayacaq

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Yol Tikintiservis” 25 min manat cərimələnə bilər

Rusiya aktivlərinin xaricə satışı yeddi dəfə artdı

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin