BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
35948

Hər kəs bir dəfə də olsa, biznes qurmaq barədə düşünür. İndi isə biznesə maraq daha çoxdur. Çünki insanlar düşünür ki, əlavə gəlir yeri olmasa, dolanmaq çətindir. Hər kəs biznes qurmaq fikrinə düşə bilər, amma deyirlər ki, biznes qurmaq hər kəsə uyğun deyil. Bu, nə dərəcədə doğru yanaşmadır?

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a biznesə olan marağın səbəblərindən danışdı. Onun sözlərinə görə, insanlar əlavə pul qazqandıqları hər işə biznes deyirlər: “Dövrümüzdə hər kəsin bizneslə məşğul olmaq istəmə səbəbi çox pul qazana biləcəklərini düşünmələridir. Onları cəlb edən biznes deyil, sadəcə biznesdən gələn puldur. Əslində, pul qazanmaq və biznes tamamilə ayrı şeylərdir. Siz müxtəlif işlərlə pul qazana bilərsiniz. Bu, o demək deyil ki, siz bizneslə məşğulsunuz. Siz hər hansı biznes qurmaq istəyirsinizsə, birinci onun sistemini - onun marketinqini, mühasibatlığını, hesabatını, hər detalını planlamalısınız”.

“Biznes qurmaq hər kəsə görə deyil”

Solmaz Yaqubova biznesin hər kəsə uyğun sahə olmadığını vurğulayır: “Biznes qurmaq hər kəsə görə deyil. Çünki biznes qura bilmək üçün müəyyən bir xarakterə sahib olmaq lazımdır. Yəni riskə gedə bilmə bacarıqlarına, kritik-analitik düşüncə qabiliyyətinə sahib olmalısı, insanları, hadisələri analiz etməli və müşahidə etməlisiniz. Çünki qarşınızdakı insanın ehtiyaclarını anlamalısınız. Siz ancaq onların ehtiyacını bildiyiniz zaman bazar tələbatına ən uyğun olan məhsulu öyrənib, onun satışını həyata keçirə bilərsiniz. İnsanlar üçün sadəcə məhsul önəmli deyil. O məhsulun necəliyi, qiyməti, forması hər şeyi önəmlidir”.

“Monoton insanların biznesdə uğurlu olmaları çətindir”

Mütəxəssis bildirir ki, monoton insanların biznesdə uğurlu olmaları çətindir: “Monoton və hiperaktiv insanlar var. Təbii ki, hər iki insan tipini, həm maaşlı sektorda, həm də biznesdə görmək mümkündür. Amma biznesdə monoton tipli insanların irəliləməsi çox çətin olur. Maaşlı iş xarakterinə sahib insan biznesdə, biznes xarakterinə sahib insan isə maaşlı işdə həqiqətən dözülməz bir acı yaşayır. Çünki maaşlı iş xarakterli insanlar əsasən “mənə hazır iş verin, həyata keçirim” yönümlüdür. Məsələn, siz operatorsunuz, müştərilərlə danışmaq üçün yazı hazırlamalısınız, bu qədər. Amma biznes düşüncəsində olan insanlar üçün standart danışıqları aparmaq çox sıxıcıdır, onlar qurmağa, nəyisə sıfırdan yaratmağa meyillidir. Ona görə də, hər kəs biznesə uyğun deyil. Biznes sizin müəyyən qədər də həyat tərziniz olmalıdır. Siz biznesdə olduğunuz zaman bir gün işiniz çox yaxşı irəliləyə bilər, bir gün irəliləməyə bilər. Maaşlı insanlar isə daha çox stabil həyat tərzinə öyrəşiblər. Onları gəlirin bir ay az, bir ay çox olması fikri narahat edir”.

Cəsarətlisinizmi? Ünsiyyətcilsinizmi?

Həmsöhbətimiz deyir ki, biznes düşündüyünüz kimi sadə deyil. Biznes qurmaq üçün pul qazanmaqdan əlavə bir çox nüansları diqqətdən keçirməlisiniz: “Hansısa biznesi qurmaq üçün lazım olan əsas xarakterik özəlliklərə sahib olub-olmadığınızı analiz etməlisiniz. Cəsarətlisinizmi? Ünsiyyətcilsinizmi? İlk olaraq bunlar haqqında düşünmək lazımdır. İkincisi, hansı bilik və bacarıqlarınızın olduğunu müəyyən etməlisiniz. Biznesə aid olan 5 sektor - maliyyə, marketinq, menecment, mühasibatlıq, satış, haqqında azdan çoxdan məlumatlı olmalısınız. Sonra isə satacağınız məhsul və ya xidməti seçməlisiniz, bunun üçün büdcə ayırmalısınız. Növbəti mərhələdə biznes planınızı hazırlamalısınız. Şərt deyil ki, siz bu biznes planını professional formada hazırlayasınız. Biznes planının məqsədi necə hərəkət edəcəyinizi bilməkdir”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin