BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
35930

İşçilər bir müddət işləyəndən sonra maaş artımını gözləyirlər, amma bunu çox vaxt deməyə çəkinirlər. Rəhbərliyin, insan resursları şöbəsinin özünü bunu etməli olduqlarını düşünürlər. Bəzən isə işçi maaş artımı istəməyəndə, rəhbərlikdə “maaş onu qane edir” təəssüratı yarana bilir. Yəni işçi maaş artımını istəsə bir dərd, istəməsə bir dərd. Bəs işçi maaş artımını deməlidir, ya yox?

“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a şirkətlərdəki maaş artımı strategiyasından danışdı. Onun sözlərinə görə, şirkətlər əmək haqqı artımını gözdən qaçırmamalıdırlar: “Düzgün strategiyası olan şirkətdə həmişə əmək haqqı artımı siyasəti müvafiq prosedurlarla tənzimlənir. Ümumiyyətlə, əmək haqqı ən azından ildə bir dəfə müvafiq inflyasiyaya nəzərən artırılmalıdır. Lakin inflyasiyadan da bir qədər çox olmalıdır ki, əməkdaşın ümumi qazancında artım hiss olunsun. Şərti inflyasiya faizi 10-dursa, əmək haqqı artımı ən azı 15-20 faiz olmalıdır. Əmək haqqı artımları sabit və ya dəyişən formada aparılır. Dəyişən formada aparılması daha çox performansa uyğun əmək haqqı siyasətinə əsaslanır. Təşkilatlar bu sistemi quraraq həm sabit, həm də dəyişən əmək haqqı verərək işçiləri həm motivasiya edirlər, həm də daha çox effektiv işləməyinə şərait yaradırlar”.

İşçilərin maaş artımını dilə gətirməsi məsələsinə gəldikdə isə, İlkin bəy deyir ki, bu, şirkətlərdə elə tənzimlənməlidir ki, işçinin deməyinə ehtiyac qalmasın: “Normal sistemi olan şirkətlərdə əməkdaş demədən belə maaş artımları olmalıdır. Əməkdaşın özü də bilməlidir ki, müəyyən dövrdən bir maaş artımı həyata keçirilir. Yəni bunu xüsusi deməyə, xatırlatmağa ehtiyac yoxdur. Lakin bəzi şirkətlər əmək haqqı artımı üçün sırf işçinin deməsini gözləyirlər. Yəni işçi deyirsə, artırırlar, demirsə, deməli, maaş onu qane edir. Orta və böyük şirkətlərdə insan resursları bu məsələni həll etməldir, kiçik şirkətlərdə isə birbaşa rəhbərlik bunu diqqətdə saxlamalıdır”.

Mütəxəssissin tövsiyəsinə görə, şirkətlərdə performansa əsasən əmək haqqı artımı daha uğurlu nəticələr verə bilər: “Lakin əmək haqqı artımının performansa əsaslanması daha müsbət olardı. Düzdür, kiçik şirkətlər maliyyə baxımından performans əsaslı sistemi qurmaqda çətinlik çəkirlər. Lakin, orta və böyük şirkətlərin performans əsaslı əmək haqqı sistemi tətbiq etməsi daha düzgündür. Yəni işçi müəyyən hədəflərə çatır, sonra hədəflərinə əsasən vəzifə artımı olacaq, əmək haqqı artımı olacaq, bonus veriləcək”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin