BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Korporativ sosial məsuliyyət (KSM) şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmusudur. Yəni müəssisələr qazanclarının müəyyən hissəsini cəmiyyət üçün xərcləməlidirlər. Bu hissə nə qədər olmalıdır? Şirkətlər hansı istiqamətlərə fokuslanmalıdırlar? Valyuta.az-ın bu kimi suallarını Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) korporativ proqram meneceri, belçikalı mütəxəssis Nikolas Malmendier cavablandırdı.

- Yeni qurulan bir şirkət götürək. O şirkətin korporativ sosial məsuliyyəti nə zamandan başlayır?

- Konkret cavabı çox çətindir. Təcrübədə yazılmamış qanun var ki, şirkətlər vergiləri çıxdıqdan sonra gəlirlərinin 1 faizini sosial problemlərin həllinə yönəltməlidirlər. Ekoloji, işsizlik, gender və s. problemlər ola bilər. Şirkətiniz yenidirsə, kiçik biznesdirsə, siz özünüzü sosial məsuliyyət çərçivəsində nələrsə etməyə məcbur etməməlisiniz. Çünki siz özünüzü də ayaqda saxlamalısınız, gəlirliliyiniz olmalıdır. Maddi olmaya bilər, amma qeyri-maddi resurslarla da sosial məsuliyyətinizi göstərə bilərsiniz. Təlimlər, konsultasiyalar və s. etmək olar.

- Şirkət gəlirinin 1 faizini ehtiyac olan istənilən istiqamətə ayıra bilər, yoxsa KSM çərçivəsində tutduğu bir yol olmalıdır?

- Təcrübədə görmüşük ki, dövriyyəsi böyük olan təşkilatlar müxtəlif istiqamətlərə fokuslanırlar. Konkret bir istiqamətə fokuslanmalıdır deyə bir şey yoxdur. Misal olaraq Avropanın ən böyük proqramlaşdırma şirkəti olan SAP-ni qeyd etmək istərdim. Onların nümunəsində bir korporativ sosial məsuliyyət istiqaməsində fərqli fəaliyyətləri görə bilərik. Məsələn, onlar insanların rəqəmsal bacarıqlarının təkmilləşməsi istiqamətini seçiblər. Bununla həm insanların günün tələbi olan rəqəmsal yöndə bacarıqlarını artırır, həm də onların işlə təminat edilməsinə dəstək göstərmiş olurlar. Eyni zamanda SAP müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Kimlər ki həssas qrupdan olan şəxslərlə birbaşa işləyirlər. Burada da SAP məşğulluğu dəstəkləmiş olur.

- Korporativ sosial məsuliyyət istiqaməti necə seçilməlidir?

- Çünki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 17 Dayanıqlı İnkişaf Məqsədi hər kəs üçün vacib mövzudur və hamı bu mövzuda öz dəstəyini göstərməyə cəhd edir. Ümumilikdə, şirkət ölkədə dəstəyə ehtiyacı olan istənilən sahədə korporativ sosial məsuliyyətini həyata keçirə bilər.

- Şirkətlər KSM istiqamətində gördükləri işləri mediada paylaşdıqlarında, “Özünü reklam edir” kimi yanaşma da olur. Şirkətlər KSM-lərini reklam etməlidirlər?

- Təşkilatdan asılıdır. Elan edən təşkilat da var, etməyən də. Etməyənlərdə də situasiya başa düşüləndir. Təsəvvür edək ki, təşkilatın əsas fəaliyyət istiqaməti insanlar tərəfindən o qədər də yaxşı qarşılanmır. Məsələn, tütün şirkətləri. Onların korporativ sosial məsuliyyətləri var, bu istiqamətdə işlər görülür, amma bunu elan etmək istəmirlər. Bu, onlar tərəfindən başa düşüləndir. Bilirlər ki, elan etsələr, insanlar tərəfindən yaxşı qarşılanmayacaq, onlara qarşı yarğılar olacaq ki, siz tütün təşkilatısınız, insanların sağlamlığına zərər vurursunuz, amma bunu gözardı etmək, özünüzü yaxşı göstərmək üçün müəyyən məbləği də sosial yönə ayırıb nələrsə edirsiniz. O hallarda şirkət KSM-ni reklam etməyə də bilər. Belə bir məsələ yoxdursa, şirkətlər KSM-lərini reklam etsələr yaxşıdır. Şəffaflıqdan danışırıqsa, şirkət konkret rəqəmlərlə göstərir ki, bu layihələrə bu qədər maliyyə ayırmışıq, məsuliyyətimizi yerinə yetiririk.

- Korporativ məsuliyyətlilik şirkətin yanaşmalarında da hiss olunmalıdır?

- Şirkət təkcə maliyyə ayırmamaqla kifayətlənməməlidir. Korporativ sosial məsuliyyətlilik bütün şirkət boyu hiss olunmalıdır. Əgər şirkət KSM üçün maliyyə ayırırsa, amma fəaliyyətində o istiqamətdə həssaslıq müşahidə edilmirsə, insanlar tərəfindən yaxşı qarşılanmayacaq. Bu zaman KSM-in nəticəsi yaxşı olmaz. Mən bütün diqqəti KSM-ə ayırmağın da tərəfdarı deyiləm. Əgər KSM-ə, haqqınızda insanların yaxşı düşünməsinə fokuslansanız, bu zaman digər istiqamətdə axsamalar ola bilər. Məsələn, işçiləriniz diqqətsiz qala bilər və etiraz etməyə başlayarlar. Ona görə hər zaman balansı qorumaq lazımdır.

- Şirkətin korporativ sosial məsuliyyətli olması onun satışlarına necə təsir edir?

- Biz brendinqdən, marketinqdən danışırıqsa, KSM satışlara ciddi təsir göstərir. Güclü KSM-in olması təkcə satışlara yox, bir çox işlərə təsir edir. Həmçinin, şirkətinizin əlaqələrinin güclənməsində rolu böyükdür. Siz rahat şəkildə partnyorlar tapa bilirsiniz. Avropa təcrübəsində isə belədir ki, KSM-in necə olması şirkətlərin investisiya cəlbinə təsir edə bilir. Təşkilat investorun yanına gedəndə, investor görməlidir ki, bu şirkətin hansı dəyərləri var, korporativ sosial məsuliyyət istiqamətində nə kimi işlər görürlər və s. Avropada investorlar yatırım edərkən təşkilatın korporativ sosial məsuliyyətinə fikir verirlər.

Aygün Asimqızı

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər