BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
35074

Əksər insanlar maddi çətinliyə düşərkən borc pul almağa meyl edir, bəziləri isə ehtiyac olmadıqda belə borc almağa adət edir. Bəzən borc pul almaq maddi vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha da çətinləşdirir. Borcla borcu ödəyənlər belə var. Bəs borc götürməyə yanaşmanın bu cür formalaşma səbəbi nədir?

Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova Valyuta.az-a insanların borc pul almağa meyilli olmasının psixoloji səbəblərindən danışdı. Onun sözlərinə görə, insan bunu bəzən maddi çətinliyə düşdükləri üçün etsələr də, bəzən də mənəvi doyumsuzluqdan edir: “Çox pul  xərcləmək, daim nələrsə almaq, bədxərclik müəyyən qədər mənəvi doyumsuzluqdan irəli gəlir. İnsana sosial mediadan, reklamlardan yüksək həyat standartı ötürülür. Bu həyatın rahat qazanıldığı mesajı verilir və şirnikləndirilir. Onlar da buna aldanıb, borc pul almaqla həmin həyatı təmin etməyə çalışırlar”.

Psixoloq, borc almaq, pulu idarə edə bilməmək, yetinməmək kimi bir çox problemlərə səbəb olan mənəvi doyumsuzluq hissinin ana ilə olan münasibətdən (emosional bağlılıq) qaynaqlandığını bildirdi: “İnsanlar həyatları boyu ana və yaxud da körpə olanda ona baxan insanla arasındakı bağlılığın nəticələrinə görə yaşayır. Əgər ana və yaxud himayədar insanla güvənli bağlılıq yaranmayıbsa, bu, insanın həyatı boyu münasibətlərinə təsir edir”.

Həmsöhbətimiz vurğulayır ki, insanın həyatı boyu yaşadıqlarının kökü doğru tərbiyə və doğru valideyn olmağa dayanır: “Bu gün cavanları borc aldığı, kredit götürdüyü, yetinmədiyi, şükr etmədiyi üçün günahlandırırlar. Amma bu elə valideynlərin öz günahlarıdır ki, insanlar bunları yaşayır. Zamanında məlumatlı valideyn olub, övladları ilə emosional bağlılıqlarını daha güclü qursaydılar, daha güvəndə hiss etdirsəydilər, düzgün maliyyə tərbiyəsi versəydilər, həmin uşaqlar gələcəkdə öz mənəvi doyumsuzluğunu borc götürməklə ödəməzdi. Borc yığmaq, kredit götürmək, pulu idarə edə bilməmək, düzgün qazanıb, xərcləməyi bacarmamaq kimi problemlərin yaranmaması üçün uşaq vaxtından valideynlər övladlarına maliyyə tərbiyəsi verməlidirlər. Maliyyə tərbiyəsi 6-7 yaşlarından başlanılır”.  

Psixoloq sadaladığımız problemlərin aradan qalxması üçün tərbiyə sistemində dəyişikliklərin vacibliyindən bəhs etdi: “Azərbaycan gənclərində belə problemlərin olmasının səbəbi düzgün tərbiyə sistemimizin olmamasından qaynaqlanır. Yaşlı nəsil indiki tərbiyə sistemini, cavanları bəyənmir, öz tərbiyə sistemlərini tərifləyirlər. Halbuki, onların yanlış yaşamaları və tərbiyə sistemi nəticəsində bu gün cəmiyyətimiz bu vəziyyətdədir. Bu da o deməkdir ki, ciddi dəyişikliklərə ehtiyac var”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin