"Spotify" səhmləri 10% artdı
Çərşənbə axşamı günü "Spotify" səhmləri şirkətin üçüncü rüb üçün gözlənilməz mənfəəti, bir il yarımdakı ilk rüblük mənfəəti, qiymət artımları və xərcləri azaltma tədbirlərinin görülməsindən sonra 10% daha artdı.
Şirkətin səhmləri bu il iki dəfədən çox artıb və onun bazar dəyəri 33,22 milyard dollar təşkil edib.
İsveçin musiqi yayımı nəhəngi "aşağı marketinq xərcləri, aşağı personal xərcləri və əlaqədar xərclər" hesabına 65 milyon gəlir əldə edib. Bu ilin əvvəlində "Spotify" podcasting bölməsindəki strateji dəyişikliyin bir hissəsi olaraq 200 nəfəri və ya işçi qüvvəsinin 2%-ni işdən çıxardı.
"Spotify" bu ilin əvvəlində abunə haqqlarının qiymətlərini qaldırdı. Və bu qiymət hər yerdəki istifadəçilər üçün aylıq 1 dollardan 2 dollara yüksəlib. Üçüncü rüb üzrə qazanc hesabatında Spotify, "qiymət artımlarının ilkin təsirlərinin" illik 11% gəlir artımına qismən cavabdeh olduğunu söylədi.
Şirkətin Maliyyə Direktoru Paul Vogel çərşənbə axşamı CNBC-nin "Squawk on the Street" verilişində "Biz keçmişdə qiymətləri qaldırmışıq" dedi. “Bu rüb üçün də oxşar proqnozumuz var idi. Biz əsas etibarilə heç bir real dəyişiklik görmədik, əksinə abunəçilərin sayının sürətlə yüksəldiyini gördük”- deyib.
StreetAccount-a görə, şirkətin rübdə 572,1 milyon ilə müqayisədə aylıq 574 milyon aktiv istifadəçisi olub.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay