BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
7474

Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, 2020-ci ildə ölkədə fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub. Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”-dır. Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “Paşa Bank” (29,5%) olub.

16 bankın isə xalis mənfəəti azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb.

3 bank – “Access Bank”, İran Milli Bankının Bakı filialı və “Muğan Bank” ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – “Bank BTB” və “Yelo Bank” isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub.

Ötən cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə bankın xüsusi nəzarətdə olduğunu, koronavirus epidemiyasının həmin banklara da mənfi təsir etdiyini və vəziyyətlərinin Maliyyə Sabitliyi Şurasında müzakirə edildiyini bildirib.

Pandemiya ilini ağır keçirən kommersiya banklarını 2021-ci ildə nə gözləyir?

Bu barədə azpolitika.info-nun suallarını cavablandıran maliyyəçi-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki tendensiya banklarda problemli kreditlərin artacağını göstərir. Onun sözlərinə görə, həm biznes, həm də istehlak kreditləri götürən müştərilər ödəniş etməkdə çətinlik çəkirlər. "Bu da, əlbəttə, pandemiyanın yaratdığı problemlərlə bağlıdır. Ötən il Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, gecikdirmələri nəzərə almasınlar və müştərilərin kredit tarixçələrini korlamasınlar. Ona görə də real vəziyyət bankların hesabatlarında əksini tapmırdi. Bu il artıq tövsiyələr qüvvədə deyil, problemli kreditlər bankların hesabatlarında göstəriləcək", - ekspert vurğulayıb. 

Ə.Həsənov qeyd edib ki, bankların bəziləri problemləri olduğu kimi göstərmirlər: "Çünki problemli kreditlər üzrə ehtiyat yaratmaq lazımdır, bu da onların kapitalını azaldır. Mərkəzi Bank bununla bağlı çox sərt siyasət yeridir. Ötən il 4 bankın bağlanmasının səbəbi də bu tələbin yerinə yetirilməməsi ilə bağlı idi. Hazırda bir neçə bank ötən ili zərərlə başa vurduğunu elan edib. Mənfəətlə çıxan bankların da problemli kreditləri çoxdur, amma onları göstərmirlər. Həmin banklar problemli kreditlərini etiraf etsələr, onlar üzrə ehtiyat yaratmağa məcbur olacaqlar. Bu da onların nizamnamə kapitalına mənfi təsir edərək onu tələb olunan 50 milyon manat həddindən aşağı salacaq. Nəticədə, Mərkəzi Bank onlardan kapitalı artırmağı tələb edəcək, səhmdarlar isə əlavə vəsait tapmasalar, bankların bağlanma ehtimalı yarana bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin