BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
63399

“Bank of Baku” 2024-cü ili 25 milyon 930 min manat mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,8% və ya 472 min manat çoxdur. Qeyd edək ki, "Bank of Baku" 2023-cü ili 25 milyon 458 min manat mənfəətlə başa vurmuşdu.

Ötən il “Bank of Baku”nun faiz gəlirlərinin dəyəri 152 milyon 659 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 18,9% və ya 24 milyon 368 min manat çoxdur. 2023-cü ildə isə bankın faiz gəlirlərinin dəyəri 128 milyon 291 min manat təşkil edib. 

Bankın qeyri-faiz gəlirlərinin dəyəri 39,5% və ya 5 milyon 305 min manat artaraq 18 milyon 735 min manata çatıb. 2023-cü ildə bu göstərici 13 milyon 430 min manat təşkil edib.  “Bank of Baku”nun faiz xərclərinin dəyəri 54 milyon 614 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33,1% və ya 13 milyon 588 min manat çoxdur. 2023-cü ildə bankın faiz xərclərinin dəyəri 41 milyon 26 min manat təşkil edib. 

2024-cü ildə “Bank of Baku”nun qeyri-faiz xərclərinin dəyəri 85 milyon 588 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 16,2% və ya 11 milyon 949 min manat çoxdur. 2023-cü ildə bu göstərici 73 milyon 639 min manat olub.  Ötən il “Bank of Baku”nun aktivlərinin dəyəri 934 milyon 273 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 7,2 % və 63 milyon 384  min manat çoxdur. 2023-cü ildə bankın aktivlərinin dəyəri 870 milyon 889 min manat təşkil edib. 
Ötən hesabat ilində bank müştərilərə 760 milyon 424 min manat kredit verib ki, bu da 2023-cü illə müqayisədə 101 milyon 381 min manat və ya 15,3% çoxdur.

2024-cü ildə bankın verdiyi istehlak kreditlərinin dəyəri 579 milyon 277 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 21,6% və ya 103 milyon 222 min manat çoxdur. 2023-cü ildə bankın verdiyi istehlak kreditlərinin dəyəri 476 milyon 55 min manat təşkil edib. 
2024-cü ildə “Bank of Baku” 132 milyon 721 min manat biznes kreditləri verib ki, bu da 2023-cü illə müqayisədə 10,3% və ya 15 milyon 366 min manat azdır. 2023-cü ildə bank 148 milyon 087 min manat dəyərində biznes kreditləri verib.

2024-cü ildə bankın öhdəliklərinin dəyəri 778 milyon 578 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 6,3% çoxdur. 2023-cü ildə bankın öhdəliklərinin dəyəri 731 milyon 918 min manat təşkil edib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin